Rüzgar birliyi () və ya Rüzgar qrupu () — türk milliyətçilərindən ibarət könüllü piyada taboru. 1992-ci ildə Milliyyətçi Hərəkat Partiyasının və Ülkü Ocaqlarının təsisçisi Alparslan Türkeş tərəfindən qurulan taborun məqsədi SSRİ-nin dağılmasından sonra müstəqillik əldə etmiş bütün türk ölkələrində turançılıq ideyasını yaymaq idi.

Əksəriyyəti Türkiyənin keçmiş xüsusi təyinatlılarından ibarət olan "Rüzgar birliyi" 500-ə yaxın üzvü 1992-ci ildə, Birinci Qarabağ müharibəsi zamanı baş tutmuş Xocalı soyqırımından sonra Azərbaycan hərbçilərinə təlim keçmək üçün Azərbaycana getmişdilər. Onlar həmçinin, Azərbaycan ordusunun müharibə səylərinə məhdud töhfə vermişdilər. Hər halda, taborun üzvləri 1993-cü ildə Azərbaycandan çıxarılmış, bir il sonra Türkiyə hökumətinin təzyiqi ilə tabor ləğv edilmişdir.

Tarixi "Rüzgar birliyi" Sovet İttifaqının dağılmasından sonra müstəqillik əldə etmiş bütün türk ölkələrində turançılıq ideyasını yaymaq üçün Milliyyətçi Hərəkat Partiyasının və Ülkücü Ocaqlarının qurucusu Alparslan Türkeşin göstərişi ilə yaradılmışdır.

Birinci Qarabağ müharibəsi Birinci Qarabağ müharibəsi zamanı, 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri və MDB-nin 366-cı motoatıcı alayının iştirakı ilə baş tutmuş, 613 nəfərin qətl edildiyi Xocalı soyqırımından sonra Alparslan Türkeş Aydoğan Aydın və digər türk zabitlərinə Azərbaycan hərbçilərinə hərbi əməliyyatlarda dəstək olmaq və "bölgədəki insanları qırğınlardan qorumaq" təlimatı vermişdir. Tovuzda xidmət edən azərbaycanlı polis zabiti, Novruz Həsən Bozalqanlı kimi tanınan Novruz Həsənovun sözlərinə görə, türk zabitləri hətta Azərbaycanın o vaxtkı prezidenti Əbülfəz Elçibəylə görüşmüş, təlimlərin keçirilməsi ilə bağlı icazə almışdılar. Buna baxmayaraq, onlar uyğun təlim sahəsi tapa bilməmiş və türk zabitlərinin bir qismi Azərbaycanı tərk etmişdir.

Bundan sonra, 1992-ci ildə Tovuz şəhərindən təxminən aralıda, Azərbaycan–Ermənistan sərhədi yaxınlığında, keçmiş sovet dövründən qalma kəşfiyyat düşərgəsində Azərbaycanda yeni qurulacaq ordunun əsasını təşkil etməli olan azərbaycanlı milliyətçi könüllülərin təlimdən keçirilməsi üçün düşərgə yaradılmışdır. Düşərgədə "Rüzgar birliyi"nin üzvlərinə hərbi-siyasi hazırlıq keçirilmişdir. Düşərgədə hərbi təlimi Türkiyə Hərbi Hava Qüvvələrinin ehtiyatda olan zabiti, əvvəllər Türkiyə Xüsusi Təyinatlı Qüvvələri Komandanlığında çalışmış Həmid Elbəy, siyasi təlimi isə Atilla Qaya, İrfan Özcan və bəzi başqa türk milliyətçiləri vermişdir. Yusif Ziya Arpacıq və Aydoğan Aydın da "Rüzgar birliyi"nin tərkibində Azərbaycanda olmuşlar. Həmin hərbçilər Türkiyə Silahlı Qüvvələri sıralarından tərxis olunmuş və Azərbaycanda könüllü xidmət etmişdilər. Arpacığın sözlərinə görə, prezident Heydər Əliyev vəzifəyə gəldikdən sonra Türkiyə hərbçiləri tərəfindən təlim keçmiş Azərbaycan hərbçilərindən ibarət 22 könüllü batalyon ləğv edilmişdir. O bildirmişdir ki, Əliyev 1993-cü ildə "Rüzgar birliyi"nin üzvlərini Azərbaycandan çıxarmış və bunun ardınca hərbi əməliyyatlar təlimsiz gənclər tərəfindən aparıldığı üçün cəbhə xəttində məğlubiyyətlər baş vermişdir.

Bozalqanlının sözlərinə görə, 1992-ci ildə Ülkü Ocaqlarının 500 üzvü Azərbaycanda xidmət etmişdir. Bozalqanlı həmçinin iddia etmişdir ki, "Rüzgar birliyi"ndə 2 min nəfər hərbi qulluqçu xidmət edirdi, daha 1,500 nəfərin Azərbaycan Xalq Cəbhəsi və Müsavat Partiyasından gəlməsi nəzərdə tutulmuşdur. Türkiyə hərbçiləri arasında itki olmasa da, müharibə zamanı bir neçə türk əsgəri yaralanmışdır.

Ləğvi 1994-cü ildə Türkiyə hökumətinin Alparslan Türkeşə təzyiq etməsindən sonra "Rüzgar birliyi" ləğv edilmişdir.

İstinadlar

Ədəbiyyat

Kateqoriya:1992-ci ildə yarananlar Kateqoriya:1994-cü ildə ləğv olunanlar Kateqoriya:Birinci Qarabağ müharibəsi Kateqoriya:Türkiyə Silahlı Qüvvələri Kateqoriya:Partizan hərəkatları Kateqoriya:Ülküçülük Kateqoriya:Azərbaycan hərbi birləşmələri