Salma Hayek (, ; ) — Meksika və Amerika kino aktrisası, rejissor və prodüserdir.

Həyatı Salma Hayek 2 sentyabr 1966-cı ildə Meksikanın Verakruz ştatının Koatsakoalkos şəhərində doğulmuşdur. Onun anası ispan əsilli, atası isə livan əsillidir. Uşaqlıqda disleksiya xəstəliyinə tutulmuş və bu səbəbdən bir çox problemlər yaşayıb. Salma Hayek kino karyerasına Meksikada yayımlanan "Tereza" adlı telenovella ilə addım atmışdır. Daha sonra "Düşülən sevgi" filminə görə "Ariel Award" nominasiyasına layiq görülmüşdür. 1991-ci ildən başlayaraq Hollivud filmlərində iştirak edir və böyük şöhrətlər əldə edir.

9 mart 2007-ci ildə Hayek, fransız milyarder və Kering şirkətinin direktoru François-Henri Pinault ilə əlaqəli olduğunu və hamiləliyini təsdiqlədi. O, qızı Valentina Paloma Pinault'u 2007-ci ilin sentyabr ayında Los-Ancelesdə, Kaliforniya ştatındakı Cedars-Sinai Tibb Mərkəzində dünyaya gətirdi. Onlar 2009-cu ildə Sevgililər Günündə evləndilər. 25 aprel 2009-cu ildə Venesiyada ikinci bir mərasim keçirdilər.

Filmoqrafiya İl Ad Orijinal ad 1989 Tereza Teresa 1994 Düşülən sevgi El callejón de los milagros 1995 Qorxmaz Desperado 1996 Gün batandan sübhə kimi From Dusk Till Dawn 1997 Notrdam qozbeli The Hunchback 1998 Fakültet The Faculty 1999 Vəhşi Vəhşi Qərb Wild Wild West 2002 Frida Frida 2003 Casusların uşaqları: Oyun bitdi Spy Kids 3-D: Game Over 2006 Quldurlar Bandidas 2011 Çəkməli Pişik Puss in Boots 2015 Nağılların nağlı (film, 2015)

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Meksika aktrisaları Kateqoriya:ABŞ aktrisaları Kateqoriya:Meksika müğənniləri Kateqoriya:XX əsr ABŞ aktrisaları Kateqoriya:XXI əsr ABŞ aktrisaları Kateqoriya:ABŞ televiziya aktrisaları Kateqoriya:ABŞ vətəndaşlıq hüququnu almış şəxslər Kateqoriya:Meksikadan ABŞ-yə mühacirət edənlər