right|thumb|200px|Mahmud Eyvazova həsr olunmuş SSRİ poçt markası, 1956-cı il.

Azərbaycanda 90 yaşına çatmış insan uzunömürlü hesab edilir. Dünya üzrə bu yaş həddi 100-dür. Azərbaycanda uzunömürlülərə xüsusilə dağlıq rayonlarda rast gəlinir. Əsasən Talış bölgəsində, İsmayıllı, Tovuz, Gədəbəy, Quba, rayonlarında üstünlük təşkil edirlər.Azərbaycanda uzunömürlülərin sayı tükənir — anspress.com saytı Azərbaycanın ən uzunömürlü sakini Şirəli Müslümov olduğu və onun 168 il yaşadığı iddia edilib.

"Hər kim yüz il yaşamasa" adlı kitabda Gədəbəyin 100 yaşlıları haqqında ətraflı məlumat verilir. Kitabda 100 yaşı keçən qadınlar üstünlük təşkil edir. Ümumsayca ən çox uzunömürlülərə Talış dağlarında yerləşən rayonlarda rast gəlinir..

Azərbaycan Milli Elmlər Akademiyasının Fizialogiya İnstitutunda "Uzunömürlülüyün fizialogiyası" laboratoriyası fəliyyət göstərir.

1999-cu ildə aparılan əhalinin siyahıyaalınmasının nəticələrinə görə, yaşı 90-dan çox olan insanların sayı azalıb. Azərbaycanda 90–94 yaşlı insanların sayı 7125 nəfər (onun 5442-si qadındır), yaşı 100-dən çox olan insanların sayı 1664 (1141-i qadın, 223-ü kişi) nəfər olub. Uzunömürlü sakinlərin çoxu — 1354-ü kənddə, 310-u şəhərdə yaşayıb.

2009-cu ildə aparılan siyahıyaalınmasının nəticələrinə görə, ölkədə 90–94 yaşlı insanların sayı azalaraq, 4363-ə enib (onun 3417-si qadındır). Ölkədə yaşı 100-dən çox olan insanların sayı 1143-ə qədər (Onların 1043-ü qadın olub) azalıb.

Azərbaycanın hər il açıqlanan demoqrafik göstəricilərində uzunömürlü, yəni yaşı 90-dan yüksək olan insanların sayı ayrıca qeyd edilmir. Burada yalnız yaşı 70 və yuxarı olan insanların sayı ümumi şəkildə açıqlanır. Son açıqlanan statistik göstəricilərə görə, Azərbaycanda 85 və yuxarı yaşda olanlar arasında ölüm halları 1990-cı illə (4825 nəfər) müqayisədə 2013-cü ildə (5760 nəfər) xeyli artıb.

2013-cü ildə uzunömürlülərin sayı bir qədər də azalıb. Aparılan statistikaya görə, ötən il 100 və yuxarı yaşda olan şəxslərin sayı 838 nəfər olub. Uzunömürlülər siyahısına isə daha çox qadınlar düşüb. Belə ki, onların 24 nəfəri kişi, 814 nəfəri qadındır. 2024-cü ilin məlumatına görə Azərbaycanda yaşı 100 və 100-dən çox 270 nəfər pensiyaçı var. Onlardan 234 nəfərini qadın, 36 nəfərini kişi təşkil edir.

Azərbaycanda orta ömür həddi 70,7 ildir.

90–100 yaş Adı, soyadı Yaşadığı illər Yaşı Peşəsi Musa Alməmmədov 1935–2026 90 Professor Qara Yuluk Osman bəy 1345–1435 Ağqoyunlu tayfa başçısı Həkim Qəni 1918–2008 90 Şair Firəngiz Şərifova 1924–2014 90 Aktrisa Böyükağa Məmmədov 1927–2018 90 Rəqqas Faiq Rəcəbov 1933–2025 91 Gimnast Abbas Çayxorski 1917–2008 91 Kimya elmləri doktoru Ağasadıq Gəraybəyli 1897–1988 91 Aktyor Aida Tağızadə 1934–2025 91 Professor Ələddin Abbasov 1922–2014 92 Aktyor Adelaida Məmmədova 1922–2015 92 Musiqiçi Ağadadaş Səmədov 1924–2016 92 Veteran Əlibaba Məmmədov 1930–2022 92 Musiqiçi Soltan Abbas 1933–2025 92 Şair Sabir Gəncəli 1932–2025 92 Jurnalist Zaur Sadıqzadə 1932–2025 92 Gəmi kapitanı Aydın Ələkbərov 1930–2024 93 Alim Şeyxülislam Axund Əliağa Süleymanzadə 1885–1977 93 X Şeyxülislam Aşıq Abbasəli 1913–2007 93 Aşıq Ələviyyə Babayeva 1921–2014 93 Yazıçı Əli İldırımoğlu 1927–2020 93 Yazıçı Xoşbəxt Yusifzadə 1930–2023 93 Geoloq Yusif Həsənbəy 1932–2026 93 Şair Çingiz Hüseynov 1929–2024 94 Yazıçı Teymur Bünyadov 1927–2022 94 Akademik Ədilə Namazova 1926–2020 94 Tibb elmləri doktoru Əziz Şərif 1895–1989 94 Yazıçı Məmməd Əlili 1898–1993 94 Aktyor İsa Cavadoğlu 1931–2025 94 Şair Tofiq Mirzəyev 1932–2026 94 Aktyor Tofiq Bakıxanov 1930–2026 95 Bəstəkar Mirzə İsmayıl Qasir 1805–1900 95 Şair Babaş Əfəndi Mikayılzadə 1865–1957 95 Dinçi Muxtar Əfəndizadə 1880–1975 95 Alim Sara Aşurbəyli 1906–2001 95 Alim Bahadur Hüseynov 1921–2016 95 Hüquqşünas Nəriman Həsənzadə 1931–2026 95 Şair Abbas Vəfadağlı 1929–2026 96 Yazıçı Maqsud Məmmədov 1929–2026 96 Baletmeyster Aşıq Cahad 1917–2013 96 Aşıq Lütfi Zadə 1921–2017 96 Alim Daməd Nəbiyev 1925–2021 96 Veteran Rəhim Məmmədov 1928–2025 96 Rəssam Roza Cəlilova 1929–2025 96 Xoreoqraf Məhəmməd Məhərrəmov 1895–1992 97 AXC parlament üzvü Tofiq Ağahüseynov 1923–2021 98 general-polkovnik Vidadi Babanlı 1927–2025 98 Yazıçı, şair Sona Vəlixan 1883–1982 98 Həkim Nəsibə Hüseynova 1926–2025 99 Professor Aşıq Bəsti 1836–1936 100 Aşıq İsmayıl İbrahimov 1915–2016 100 Texnika elmləri doktoru Mahmud Eyvazov 1860–1960 100 Kolxozçu Feyzavər Turan 1919–2020 100 Yazıçı, publisist Sona Hüseynova 1925–2025 100 Deputat

101–110 yaş Adı, soyadı Yaşadığı illər Yaşı Peşəsi Miskinli Vəli 1894–1995 101 Aşıq Balamet Balametov 1906–2007 101 Dövlət xadimi Molla Vəli Vidadi 1709–1809 102 Şair Aşıq Talıb 1887–1979 102 Aşıq Fatma Səttarova 1922–2024 102 Veteran Şeyxülislam Fazil İrəvani 1782–1885 103 II Şeyxülislam Züleyxa Hacıyeva 1923–2026 103 Diktor, gimnast Ömər Əliyev 1900–2004 104 Xeyriyyəçi Miskin Abdal 1430–1535 105 Şair Aşıq Ələsgər 1821–1926 105 Aşıq Lətif Hüseynzadə 1903–2008 105 Ədəbiyyatşünas Hilal İbrahimov 1915–2025 110 Veteran

111–120 yaş Adı, soyadı Yaşadığı illər Yaşı Peşəsi Seyid Lazım Ağa 1880–1994 114 Dinçi Nabat Aşurbəyova 1795–1912 117 Xeyriyyəçi, mesanat

Hazırda yaşayanlar Adı, soyadı Yaşadığı illər Yaşı Peşəsi Artur Rasizadə 1935 — Dövlət xadimi Ziyafət Abbasov 1935 — Rejissor Akif Əlizadə 1934 — Akademik Arif Paşayev 1934 — Akademik Nicat Bəkirzadə 1934 — Rejissor Aslan Rüstəmov 1932 — Rəssam İzzət Rüstəmov 1932 — Alim Məmməd Salmanov 1932 — Akademik Abid Bayramov 1931 — Həkim Seyfəddin Əliyev 1930 — Akademik Dadaş Asanov 1930 — Dövlət xadimi Məsumə Məlikova 1929 — Alim Arif Qəmərli 1929 — Alim Ömər Eldarov 1927 — Heykəltəraş Çingiz Abbasov 1926 — Neftçi Ağababa İsgəndərov 1926 — Veteran

Ədəbiyyat "Hər kim yüz il yaşamasa" kitab

İstinadlar

Həmçinin bax Onun 150 yaşı var (film, 1958) Hər kim 100 il yaşamasa. 1-ci film (film, 2009) Lerik Uzunömürlülər Muzeyi Dünyadakı uzunömürlülərin siyahısı

Xarici keçidlər Azərbaycanda uzunömürlülüklə bağlı aparılan araşdırmaların nəticələri açıqlanıb — olaylar.az saytı

Uzun ömür sürən insanlarımız hansı hissdən əziyyət çəkir? — REPORTAJ — olaylar.az saytı

Kateqoriya:Uzunömürlülərin siyahıları