Brezno (, , ) — Slovakiyanın mərkəzində, Filiz dağlarının yamaclarında və Qron çayının sahilində yerləşir. Əhalisi 23 min nəfərə yaxındır.

Tarix Brezno haqqda ilk məlumatlar 1265-ci ildə, macar kralı IV Belanın səlnaməsində qiymətli metall hasil edən mədənçi şəhəri "Berezun" adı ilə qeyd edilmişdi. 1380-ci ildə Brezno şəhər statusu almışdı. XVII əsrdə şəhər ətrafında ağac istehsalına başlanılmışdı, bu da Ştiriyadan olan mühacirlərin bu əraziyə köçməyə bir stimul yaratmışdı. Breznonun yaxınlığında yerləşən Qronetsdə isə metallurgiya zavodu inşa olunmuşdu və bundan sonra bölgə sürətlə inkişaf etməyə başlamışdı. 1650-ci ildə III Ferdinand Breznoya azad kral şəhəri statusu vermişdi.

Şəhər rayonları Brezno şəhəri bir neçə hissəyə bölünür: Brezno, Mazornikovo, Buyakovo, Predne Halnı, Zadne Halnı, Rohozna, Podkorenyova.

Əhali Əhali sayı 2012: 21 161 nəfər

Əhalinin etnik mənsubiyyəti 2001: Slovaklar 92,8%, Macarlar 0,2%, Çexlər 0,8%, Qaraçılar 4,6%, digərlər 1,6%.

Əhalinin konfessional mənsubiyyəti: Roma-katolikləri 68,89%, Yevangelik kilsəsi v.d. 8,47%, Yunan-katolikləri 0,98%, İyeqova birliyi 0,53%

Təhsil İbtidai məktəblər: ZŠ s MŠ Pionierska 2 Karola Rapoša — Pionierska 4 ZŠ s MŠ Mazorníkovo Orta məktəblər: Gymnázium Jána Chalupku Hotelová akadémia Obchodná akadémia Xüsusi ibtidai məktəblər: ZUŠ Brezno ŠZŠ Brezno, Mládežnícka 3

Partnyor şəhərlər Aqria Tsexanuv Çaçak Meudon Nadlak Novı Budjov

Xarici keçidlər Oficiálna stránka Horehronie Územný plán mesta Brezno

İstinadlar

Kateqoriya:Slovakiya şəhərləri