Kalaxari — Cənubi Afrikada Botsvana, CAR və Namibiya dövlətlərinin daxilində yerləşən səhra.

Son zamanlar, səhralaşma prosesi nəticəsində ərazisi, Anqola, Zimbabve və Zambiya dövlətlərinə qədər genişlənib. Kalaxarinin sahəsi təxminən 600 min km² təşkil edir. Yağıntılar yay aylarında maksimum həddə çatır. Kalaxarinin iqlimi arid iqlimdir, bu iqlim cənub-şərqə tərəf daha da kəskinləşir. Yağıntılar (150–500 millimetrə qədər) yay aylarında (noyabr — aprel) müşahidə olunur. Lakin yağıntılar həm ərazi həm də yağıntının düşmə vaxtı baxımından qeyri-bərabər paylanıb.

Kalaxari — Cənubi Afrikanın ən isti rayonlarından biridir. Maksimal orta temperatur — 29 °C, minimal orta temperatur — 12 °C, buxarlanma qabiliyyəti — 3000 mm/il. təşkil edir. Kalaxari ərazisində dünyada ən böyük daxili çay deltası olan Okavanqo çayının deltası yerləşir. Kalaxarinin paytaxtı Botsvananın qərbində yerləşən — Qanzi şəhəridir.

Həmçinin bax Etoşa

İstinadlar

Xarici keçidlər Kalaxari

Kateqoriya:Botsvana coğrafiyası Kateqoriya:CAR coğrafiyası Kateqoriya:Namibiya coğrafiyası