Siraqəddin Cabbarov () — Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı.

Həyatı Siraqəddin Cabbarov 15 dekabr 1959-cu ildə İmişli rayonunda anadan olmuşdur. 1981-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirmişdir. İxtisasca mühəndis-mexanikdir.

Əmək fəaliyyətinə 1981-ci ildə Bakı Metaləritmə zavodunda mühəndis-texnoloq kimi başlamış və 1992-ci ilə kimi həmin zavodda komsomol komitəsinin katibi, baş metallurqun müavini və zavod idarəetmə xəttinin rəisi və zavod həmkərlar komitəsinin sədri kimi vəzifələrdə işləmişdir.

28 avqust 1989-cu ildən 25 aprel 2008-ci ilə kimi Binəqədi Rayon İcra Hakimiyyəti başçısı aparatında Mənzil sahələrinin qeydiyyatı və bölüşdürülməsi şöbəsinin müdiri, Təsərrüfat şöbəsinin müdiri, Sosial-iqtisadi məsələlər şöbəsinin müdiri və Binəqədi Rayon İcra Hakimiyyəti başçının müavini vəzifələrində çalışmışdır. 25 aprel 2008-ci ildən 17 may 2019-cu ilə qədər Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 17 may 2019-cu il tarixli Sərəncamı ilə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2017-ci il tarixli Sərəncamı ilə 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 2019-cu il tarixli Sərəncamı ilə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunmuşdur.

Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir. Beş övladı var.

İstinadlar

Kateqoriya:Saatlı Rayon İcra Hakimiyyətinin başçıları Kateqoriya:Sabirabad Rayon İcra Hakimiyyətinin başçıları Kateqoriya:Binəqədi Rayon İcra Hakimiyyətinin başçılarının müavinləri