Stiven Streyt (; ) — amerikalı aktyor, və müğənni.

Həyatı Əslən alman, ilalyan və ingilis köklü olan Stiven 23 mart 1986-cı ildə ABŞ-nin Nyu-York şəhərində anadan olub. O akrtisa və müəllim Stella Adlerin dərslərinə girə bilmək məqsədilə Village Community School, Xavier High School məktəbinə qatıldı. Yeniyetmə illərində o, modelliklə məşğul olmağa başladı və L'uomo Vogue, Spoon jurnalı, Details, Surface, Hollister Co. və Pop magazine kimi jurnallarda göründü. Bununla belə Brus Ueber, Herb Ritts, və Ellen von Anverth kimi fotoqrafçılarla işlədi. Ueber 2001-ci ildə çıxan öz All-American: Short Stories kitabında Stivendən də bəhs edib."Steven Strait: Strait to the Top" 2005

Karyerası Stiven 11 yaşındaykən aktyorluq dərslərinə başladı. 6-cı sinifdə ikən o, Village Community Schoolda dərslərə başladı. İlk vaxtlar bu ona çətin gəlsə də lakin sonradan o, öz performans bacarığını kəşf etdi və buna davam etdi. O Nyu-Yorkda aktrisa və həmçini aktyorluq müəllimi Stella Adler ilə birgədə işləyib.

2004-cü ildə öz karyerasını davam etdirmək məqsədilə Kaliforniyaya köçən Stiven, burada da ilk aktyorluq təcrübəsini qazandı. Beləki o, 2005-ci ildə Hava Akrobatlığı adlı komediya filmdə iştirak etdi və burada gənc yeniyetmə Uarren Pisi rolunu oynadı.

Onun növbəti filmi Kəşfedilməmiş filmi oldu. O bu filmdə müğənni və aktyor olan və məşhur olmaq istəyən gənci canlandırdı. 2006-cı ildə qorxu/triller filmi olan "İblislə sövdələşmə" filmində Kaleb Danvers rolunu oynadı. O həmçinin Eramızdan 10.0000 il əvvəl filmində də iştirak etdi və bu film 2008-ci ildə işıq üzü gördü.

2009-cu ildə Stiven, Maykl Konson rolu ilə Stop-Loss filmində göründü. 2009-cu ildə isə "Siti-Aylend" komediya-dram filmində Toni rolunda çəkildi.

2010-cu ilin noyabrında NBC-də yayımlana Təqib serialında Cekson Kuper rolunu ifa etdi.

2012-ci ildə Stiven, Sehirli Şəhər adlı mistika serialına çəkilməyə başladı. O bu serialda Ayk Evans rolunu oynadı.

Həmin il Rian Smitin elmi-triller filmi olan Sonra filminə çəkildi.

Şəxsi həyatı thumb|150px|Stiven Streyt Ada Şəhəri filminin 2009-cu il Tribeca Film Festival premiere mərasimində Stiven 4 illik münasibətdən sonra 23 dekabr 2007-ci ildə aktrisa Linn Kollins ilə evləndi.

Mahnı Stiven Lakeshore Records-un albomu üçün bir neçə mahnı oxuyub.

Eyni zamanda, çəkildiyi Kəşfedilməmiş filmin saundtrektlərini də ifa edib.

Boomerang This Is Living Never Said Anything Half Lit Smart in a Stupid Way" (Eşli Simpson ilə) Pure Example House Lights

Filmoqrofiyası

Film İl Filmin adı Rol Qeydlər2005Hava AkrobatlığıUarren Pisi2005KəşfedilməmişLuke Falcon2006 İblislə SövdələşməKaleb Danvers2008Eramızdan 10.000 il əvvəlD'Leh2008Stop-LossMaykl Kalson 2009Siti-AylendToni Nardella2012SonraFredi2013Balıqlar ilə birgə yatmaqDominik Sebastian2014İstiConsMəlum deyilƏlavə Kredit və Artur DarksArtur DarksGözlənilir Həyat kimi (film, 2019)

Televiziya Serial İl Filmin adı Rol Qeydlər2001Üçüncü SaatGənc BobbiToyuğun ruhu üçün dua2010HMSConatan Devid2010TəqibCekson KuperDəli sevgi2012–2013Sehirli ŞəhərStiv EvansBaş rol, 16 seria2014QisasBruks2 seria2015GenişlənməCeyms HoldenƏsas rol; 56 seriya, həmçinin prodüser

İstinadlar

Xarici keçidlər

Aktyorun rəsmi saytı

Kateqoriya:ABŞ aktyorları Kateqoriya:ABŞ musiqiçiləri Kateqoriya:Hollandəsilli amerikalılar Kateqoriya:Nyu-York şəxsləri