Koşitse diyarı () — Slovakiyada birinci dərəcəli inzibati–ərazi vahidlərindən biri. Diyarın inzibati mərkəzi Koşitse şəhəridir. Sahəsi 6753 km², əhalisi isə 766 012 nəfər (2001) təşkil edir.
Koşitse diyarı Slovakiyanın şərqində yerləşir. Diyar cənubda Ukrayna və Macarıstan (Slovakiyanın Preşov, Ukraynanın Zakarpatye, həmçinin cənubda Macarıstanın Borşod Abauy Zemplen və Sabolç Satmar Bereq medyeləri ) ilə həmsərhəddir.
Koşitse diyarı 1 iyul 1996-cı ildə ölkənin inzibati bölgüsü sayılan Şərqi-Slovak diyarının () yenidən təşkili zamanı, onun iki hissəyə bölünməsi nəticəsində yaranmışdı (şimalda Preşov, cənubda isə Koşitse diyarları yaranmışdı).
İnzibati bölünmə Koşitse diyarı "okres" adlanan 11 rayona bölünür: Gelnitsa rayonu Koşitse I rayonu Koşitse II rayonu Koşitse III rayonu Koşitse IV rayonu Koşitse-ətraf rayonu Mixalovtse rayonu Rojnyava rayonu Sobrantse rayonu Spişska Nova Ves rayonu Trebişov rayonu
Statistik məlumatlar (2001) Əhalinin etnik mənsubiyyəti slovaklar 81,8 % macarlar 11,2 % qaraçılar 3,9 % ukraynalılar 0,6 % çexlər 0,6 % digərləri 1,9 %
Əhalinin konfessional mənsubiyyəti katoliklər 59,5 % yunan katolikləri 11,0 % reformatorlar 6,4 % lüteranlar 4,4 % pravoslavlar 1,8 % ateistlər 11,8 %
Qalereya
İstinadlar
Xarici keçidlər
Diyarın rəsmi saytı
Həmçinin bax
Kateqoriya:Slovakiya diyarları Kateqoriya:Koşitse diyarı Kateqoriya:1996-cı ildə yaranmış dövlətlər və ərazilər