Aftandil Eynulla oğlu İsrafilov () — qarmon ifaçısı, Azərbaycan Respublikasının xalq artisti (1998). Dağıstan Respublikasının xalq artisti (2008)

Həyatı Aftandil Eynulla oğlu İsrafilov 1941-ci ilin yanvarın 24-də Bakıda anadan olub. O, 1961-ci ildə Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) mülki tikinti fakültəsinə qəbul olmuşdur. Qarmona olan marağına görə təhsilini yarımçıq qoyaraq həyatını musiqiyə həsr edib.

A. İsrafilov "Azkonsert"in tərkibində ansambl yaradaraq bədii rəhbərliyini həyata keçirir. Aftandil İsrafilov 1970-ci ildə Zeynəb Xanlarova ilə birgə Türkiyədə qastrol səfərindən sonra onun ansamblının tərkibində müxtəlif ölkələrdə silsilə konsertlərdə çıxış etmişdir.

Aftandil İsrafilov "Zemfira", "Kəmalə", "Nazilə", "Aynurə", "Jalə", "Basqalı" kimi 100-ə qədər musiqi havasının müəllifidir.

Aftandil İsrafilov səhhəti ilə bağlı 2 dekabr 2022-ci ildə reanimasiya yerləşdirilib. 2023-cü ilin mart ayında yenidən səhhətində problemlər yaranıb. 29 aprel 2023-cü ildə vəfat edib. İkinci Fəxri Xiyabanda dəfn olunub.

Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1 dekabr 1982 "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 24 may 1998 Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 5 iyul 2003 "Dağıstan Respublikasının xalq artisti" fəxri adı — 22 aprel 2008 "Şöhrət" ordeni — 25 yanvar 2016

Filmoqrafiya Ad günü (film, 1977) Məhəllə (film, 2003) Məhəllə 2 Moskvada (film, 2004) Xalq təranələri (film)

İstinadlar

Kateqoriya:Azərbaycan Respublikasının xalq artistləri Kateqoriya:Azərbaycan qarmonçuları Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri