Ləngəbiz silsiləsi — Böyük Qafqaz sıra dağlarının Azərbaycan ərazisinə daxil olan cənub-şərq hissəsində yerləşən dağ silsiləsi. Şamaxı və əsasən də Ağsu rayonu ərazisində yerləşir. Ən hündür zirvəsi 929 metr hündürlüyündə olan, Ağsu rayonu ərazisində yerləşən Səndələn dağıdır.
Şirvan düzü ilə Pirsaatçay çayının arasında yerləşir. Quşçu və Kolanı palçıq vulkanları, Ağsu aşırımı Ləngəbiz silsiləsində yerləşir. Ləngəbiz silsiləsinin hündürlüyü bəzi yerdə 900 m-dən artıqdır. Dağ silsiləsi Şimal-qərbdən cənub-şərqə doğru uzanır.
İstinadlar
Həmçinin bax Ləngəbiz Sanqalan (Səndələn)
Kateqoriya:Ağsu rayonunun dağları Kateqoriya:Şamaxı rayonunun dağları Kateqoriya:Azərbaycan sıradağları