Ran Ran Şou və ya Şao Jenlen (19 noyabr, 1907, Tsin imperiyası – 7 yanvar, 2014, Honkonq, Çin) — Honkonq mediamaqnatı, milyarder, mesenat, Ran Ran Şou mükafatının təsisçisi.
Həyatı 19 noyabr 1907-ci ildə anadan olub. Şou adlı qardaşı ilə Shaw Organisation adlı beynəlxalq media şirkətini təsis edib və 1958-ci ildə onu Shaw Brothers adlı aparıcı Asiya kinostudiyasına çevirib. 1967-ci ildə dünyada ən iri teleşirkət olan TVB-ni yaradıb.
Mesenatlıqla məşğul olmuş, xeyriyyə, tibbi və təhsil təşkilatlarına kömək etmişdir.
2002-ci ildə öz adına təsis etdiyi nüfuzlu elmi mükafatı "Asiyanın Nobel mükafatı" da adlandırırlar. Mükafatın həcmi bir milyon dollardır və riyaziyyat, astronomiya və tibb sahəsi üzrə verilir.
Mənbə
TVB (Television Broadcasts Limited) Shaw Studios Shaw Prize Shaw Tower at Cathedral Place (Vancouver, Canada) Life of Shaw brothers Celestial Pictures Limited My Life’s Pleasure
İstinadlar
Kateqoriya:Honkonq mesenatları Kateqoriya:Honkonq milyarderləri Kateqoriya:Çin uzunömürlüləri Kateqoriya:Honkonqda vəfat edənlər