Cavanşir gölü və ya Cavanşir su anbarı — Ağsu şəhərindən cənub-qərbdə yerləşir və Ağsuçaydan qidalanır. 1961-ci ilə qədər təbii göl kimi mövcud olan Cavanşir gölünün ətrafına torpaq bənd çəkilərək su anbarı yaradılmışdır.
Texniki göstəriciləri Bəndin hündürlüyü 15m, uzunluğu 2680m və su anbarının həcmi isə 4.6 milyon m³-ə çatır. Suvarılan sahə 900ha-dır.
İstinadlar
Kateqoriya:Azərbaycan su anbarları Kateqoriya:Ağsu rayonunun gölləri