October Tide — Katatonia qrupunun üzvləri vokalist Jonas Renkse və gitaraçı Fred Norrman tərəfindən 1995-ci ildə Stokholmda yaradılan İsveç metal musiqi qrupu.
Haqqında VIC Records ilə müqavilə imzalayan qrup, 1997-ci ildə "Rain Without End" adlı ilk debüt studiya albomu çıxarıldı. Bundan iki il sonra, Avantgarde Music albom şirkəti ilə müqavilə imzalayaraq, qrupun 1999-cu ildə "Grey Dawn" adlı ikinci albom çıxdı. Bu albom üçün vokala A Canorous Quintet qrupundan Mårten Hansen dəvət edilmişdir. Bu albom qrupu tanınmağa və məşhurlaşmağa imkan yaradaraq dinləyicilər tərəfindən müsbət dəyərləndirildi. Buna baxmayaraq Jonas və Fred qrup üçün nə müsahibə vermək istədilər, nə də ki konsertlərə qatılmadılar.
Qrup üzvləri
İndiki üzvləri Fred Norrman - Gitara Mattias Norrman - bas Alexander Högbom - vokal Robin Bergh - zərb alətləri Emil Alstermark - gitara
Keçmiş üzvləri Jonas Renkse - zərb alətləri, gitara (1995-1999), vokal (1995-1998) Mårten Hansen - vokal (1998-1999) Tobias netzell - vokal (2009-2012) Pierre Stam - bas (2010-2012) Jonas Kjellgren - bas (2010) Johan "Jonken" Jansson - canlı konsertlərdə bas (2010
Diskoqrafiya
Demolar To Die from Strength (1995)
Studiya albomları Rain Without End (1997) Grey Dawn (1999) A Thin Shell (2010) Tunnel of No Light (2013)
Kateqoriya:İsveç musiqi qrupları Kateqoriya:1995-ci ildə yaranan musiqi qrupları Kateqoriya:İsveç metal musiqi qrupları Kateqoriya:1994-cü ildə yaranan musiqi qrupları