Kellan Kristofer Lats () — ABŞ kino aktyoru. 2008-ci ildə "Alatoran" filmində canlandırdığı Emmet Kallen rolu ilə məşhurlaşmışdı.
Həyatı Kellan Lats 15 mart 1985-ci ildə Dikkinson (Şimali Dakota) şəhərində anadan olmuşdu. O, ailənin dördüncü uşağıdır. Onun altı qardaşı və bir bacısı var. 14 yaşında ikən o, ailəsi ilə birgə Arizonaya köçür və orada aktiv idmanla məşğul olur. Kellan basketbol komandasında iştirak edir, həmçinin bilyard üzrə çempionatda qalib gəlir. Yeniyetməlik yaşında Kellan Dominikan Respublikasına gedərək, bu ölkənin mədəniyyətini və ispan dilini öyrənmək üçün bir semestr dərs almışdı. Məktəbi bitirdikdən sonra, Kellan bir çox aktyorun da qarşılaşdığı dilemma ilə üzləşərək tədris və ya aktyor karyerası seçimi qarşısında qalır. Ailəsi onun aktyor karyerası seçiminə qarşı idi; buna görə də məktəbi bitirdikdən sonra, o Kaliforniyaya köçərək, Orange County`s Chapman Universitetində kimya mühəndisliyi fakültəsinə daxil olur, lakin sonra o universiteti ataraq, öz həyatını aktyor karyerası ilə bağlamaq qərarını alır.
Kellan hələ təhsil alarkən əlavə pul qazanmaq məqsədilə model olaraq çalışır. Onun şəkilləri müxtəlif jurnalların üz qabağını bəzəməyə başlayır və hündür boyu, atletik bədəni və çox maraqlı xarici görünüşü tədricən onu dünya model biznesinin ulduzlarından birinə çevirir. Kellan model agentlikləri ilə əməkdaşlıq edir; xüsusən də Calvin Klein geyim brendinin alt paltarı reklamında çəkilməsi onu daha da məşhurlaşdırır.
2004-cü ildə o, Amerikanın model agentliyi olan Hollisterin kampaniyası çərçivəsində düzənlənən reklam kataloqlarına daxil edilir. O həmçinin geyim brendi olan Levi's firmasının reklamlarında da çəkilmişdi. Kellan fotoqraf Mikael Yanssonun iştirakı ilə 2010-cu ildə Interview magazine üçün xüsusi fotolayihədə iştirak etmişdi. Hazırda Kellan Ford Models şirkəti ilə müqavilə imzalayıb.
Karyerası Karyerasının başlanğıcında Kellan bir sıra televiziya şoularında iştirak etmişdi. O Model Citizens televiziya proqramında və Qayıdış teleserialında təkrarlanan rol almışdı, həmçinin Cəsur və gözəl CSI: NY, Əbədi yay, Müştəri həmişə ölüdür, CSI 2 və Qəhrəmanlar kimi teleseriallarda epizodik rollar canlandırmışdır.
Lats 2008-ci ildə Stefani Mayerin eyni adlı romanı əsasında romantik fentezi janrında çəkilmiş Alatoran filmində Emmet Kallen rolunu canlandırır.. O həmçinin paralel olaraq The CW telekanalında yayımlanan 90210 teleserialında Corc Evans rolunu ifa edir.. Lats onunla birlikdə Alatoran filmində baş rola çəkilmiş yaxın dostu Eşli Qrinlə yenidən bir araya gələrək, Döyüşçünün ürəyi filmində çəkilir.. Bundan başqa Lats 2010-cu ilin aprel ayında çəkilmiş Qarağac küçəsində qarabasma filmində yuxusunda onu təqib edən adamı gördüyündən yata bilməyən və buna görə də rəfiqəsi Krisin gözü qabağında böğazını kəsərək özünəqəsd edən Din Rassel rolunu,, 2011-ci ildə çəkilmiş Ölümsüzlər filmində isə dəniz tanrısı Poseydonu oynamışdı.. Kellan Konan filmində baş rol almağa əsas namizəd olsa da, sonda bu rol Ceyson Marmoaya qismət olmuşdu.. Kellan Mikki Rurkla birgə rejissor Konnor Ellin tərəfindən 2013-cü ildə çəkilmiş Yava bürküsü filmində Ceyk Travers rolunu canlandırmışdı..
Şəxsi həyatı
Filantropiya Lats heyvanları qoruyan PETA xeyriyyə cəmiyyəti ilə əməkdaşlıq edir. O, həmçinin, ulduzları heyvanları almağa deyil, küçədə qalan heyvanları qorumağa və evlərinə götürməyə çağırır.. O həmçinin Nyu-Orleanın bərpasının, xüsusən də Sen Bernar layihəsinin həyata keçirilməsinin tərəfdarıdır..
Lats ekzotik və yerli pişiklərin onixektomiya əməliyyatı (pişiklərin dırnaqlarını əməliyyat yolu ilə amputasiyası) haqqında Pəncə proekti adlı sənədli filmin çəkilişlərini təqdir etmişdi.
Əlaqələri Məlumdur ki, aktyor 2010-cu ilin noyabr ayından Anna Linn Makkord ilə görüşürdü. Məhz bu qız Alatoran filmində Rozali Heyl rolunu oynaya bilərdi. Hazırda Kellan və Anna ayrılıblar. 2011-ci ildən Kellanın rəqqasə və aktrisa Şarni Uinsonla münasibətdə olduğu məlumdur. Aktyor həmçinin Eşli Qrinlə dostluq edir..
Maraqlı faktlar
Aktyor Los-Ancelesdə yaşayır. Kellan "Burlesk" filmində Cek rolunu almağa çalışırdı, lakin sonda bu rol aktyor Kem Jiqandeyə qismət oldu. "People" jurnalının 2010-cu ildə tərtib etdiyi reytinqə əsasən, Kellan Con Hemm və Rayan Reynoldsdan sonra "Dünyanın ən seksual kişiləri" sırasında 3-cü yeri tutur. Lats Calvin Klein geyim markasının yeni simasına çevrildi; Kellanın alt paltarı reklam çəkilişində atletik bədənini görən bir çox fanat öz heyranlığını gizlədə bilmədi. Kellan ispan dilində sürətlə danışa bilir, o həmçinin öz məşğul qrafikində nəinki idman zalına, həmçinin beysbol, basketbol, tennis məşqlərinə getməyə də vaxt tapır. Aktyor üzməyi, snoubord və dağ-xizək idman növləri ilə də məşğul olmağı çox sevir. Kellan Lats Hilari Daffın "With love", "Hinder" qrupunun "Without You" və Matchbox 20 qrupunun "Put Your Hands Up" mahnıların kliplərində çəkilmişdi. Kellan Elis Uokerin "Purpur rəngi" (The Color Purple) romanını oxumağı çox sevir. O həmçinin yazıçı Con Qrişamın romanlarının pərəstişkarıdır. Kellan anasını, Robert Redfordu və Leonardo Di Kaprionu özünə örnək və nümunə olaraq görür. Onun sevdiyi musiqi qrup və ifaçılar içərisində Modest Mouse, Citizen Cope, 2-pac, Blue Man Group, Blue October, Chevelle, Coheed and Cambria, Damian Marley, Dilated Peoples, God Lives Underwater, Incubus, Ceyk Conson, Lupe Fiasko, Matisyahu, Nickelback, OneRepublic, Orgy, A Perfect Circle, The Postal Service, The Red Hot Chili Peppers, The Red Jumpsuit Apparatus, və Until June qeyd etmək olar. Kellan Nintendo Wii, Microsoft Zune və Treonu çox sevir. Kellanın fikrincə, onun əsas mənfi xüsusiyyəti — həddindən artıq rəqabət qabiliyyəti, müsbət xüsusiyyəti isə sakit və şən olmasıdır.
Anketi Boyu: 185 sm Çəkisi: 79 kq Beli: 32 x 34 in Ayaqqabı ölçüsü: 46 Geyim ölçüsü: 38 Saçlarının rəngi: Sarışın Gözlərinin rəngi: Mavi
Filmoqrafiya
Bədii filmlər +Filmlər İl Ad Rol Qeyd 2006 Mərd ol! Frank 2006 Bizi gəbul etdilər! Dueyn 2007 Ghosts of Goldfield Çad Birbaşa videoda 2008 Axırıncı gecə Rik Leland 2008 Deep Winter Mark Rider 2008 Alatoran Emmet Kallen 2009 Unudulmuşlar Ceyk Birbaşa videoda 2009 Alatoran: Yeni ay Emmet Kallen 2010 Meskada Eddi Arlinger 2010 Qarağac küçəsində qarabasma Din Rassel 2010 Alatoran: Tutulma Emmet Kallen 2011 Hərbçinin ürəyi Konor Sallivan 2011 Əvvəl sevgi, sonra toy Çarli 2011 Arena Devid Lord 2011 Alatoran: Sübh. Hissə 1 Emmet Kallen 2011 Ölümsüzlər Poseydon 2012 Alatoran: Sübh. Hissə 2 Emmet Kallen 2013 Yava bürküsü Ceyk Travers 2013 Sirop Sneyki Pet 2013 Tarzan Tarzan 2014 Herakl: Əfsanənin başlanğıcı Herakl Çəkilir 2014 The Expendables 3 Smayli Ekranlaşdırılma
Televiziya +Teleseriallar İl Ad Rol Qeyd 2004 Model Citizens Özünü oynayır İştirakçı 2004 Cəsur və gözəl Rob Epizod #1.4409 2005 CSI: NY Alex Hopper Episode: "Tri-Borough" 2005 Chris MacNess 8 epizod 2005 Müştəri həmişə ölüdür Critter Episod: "Hold My Hand" 2005 Əbədi yay Fordie 2 epizod 2007 CSI: Crime Scene Investigation Chris Mullins Epizod: "Empty Eyes" 2007 Qəhrəmanlar Andy Epizod: "Five Years Gone" 2008 Qatil nəsli Cpl. Jason Lilley Miniseries 2008–2009 90210 George Evans 6 epizod 2012 Punk'd Özünü oynayır Ev sahibinin qonağı; epizod: "Kellan Lats" 2012 Studiya 30 Özünü oynayır Epizod: "Unwindulax"
Digər
Web seriallar +Web seriallar İl Ad Rol Qeyd 2009 Valley Peaks Kyle McBride 2 epizod
Musiqi İl Ad Qrup/Musiqiçi 2007 With Love Hilari Daff2008 Without You Hinder Chainsaw Suit Tayler Şilds
Kommersiya işləri İl Marka 2006 Hilari Daff Perfume: "With Love" 2007 Diet Mountain Dew "Ferret" 2010 Calvin Klein Underwear 2011 Abbot + Main- Lanzamiento2012 Time Warner Cable Abbot + Main- Otoño/Invierno 2012
Mükafat və nominasiyalar İl Mükafat Kateqoriya İş Nəticə 2010 Teen Choice Award Choice Movie: Scene Stealer Male Alatoran: Yeni ay 2011 Teen Choice Award Choice Movie: Male Scene Stealer Alatoran: Tutulma 2012 Teen Choice Award Choice Movie Scene Stealer: Male Alatoran: Sübh. Hissə 1 2013 Teen Choice Award Choice Movie Scene Stealer Alatoran: Sübh. Hissə 2
Həmçinin bax Kişilər nə istəyir (film, 2019)
İstinadlar
Xarici keçidlər
Rəsmi twitter hesabı
Kateqoriya:ABŞ fotomodelləri Kateqoriya:ABŞ aktyorları Kateqoriya:Çepmen Universitetinin məzunları Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:Hollandəsilli amerikalılar Kateqoriya:ABŞ xristianları