Tamanna Bhatiya (21 dekabr 1989-cu ildə anadan olub) əsasən Telugu, Tamil və Hindi filmlərində işləyən Hindistan aktrisasıdır. 89 filmdə rol almış və Cənubi Hindistan kinosunda ən yüksək ödəniş alan aktrisalardan biri olan o, üç Santosham Film Mükafatı, iki Cənubi Hindistan Beynəlxalq Film Mükafatı və Kalaimamani Mükafatı daxil olmaqla bir neçə mükafat qazanmışdır.
Erkən həyatı Tamanna Bhatiya 21 dekabr 1989-cu ildə Bombayda (indiki Mumbay) anadan olub. Onun valideynləri Santosh və Rajni Bhatiadır. Onun böyük qardaşı Anand Bhatiadır. O, Sindhi Hindu mənşəlidir və Mumbaydakı Maneckji Cooper Təhsil Trust Məktəbində təhsil almışdır. 13 yaşında aktyorluq öyrənməyə başlamış və bir il ərzində Prithvi Teatrında səhnə çıxışlarında iştirak etmişdir.
Karyerası Tamanna Bhatiya aktyorluğa 2005-ci ildə Hindi filmi Chand Sa Roshan Chehra ilə başlamışdır. Həmin il Telugu filmi Sreedə rol almışdır. 2006-cı ildə ilk Tamil filmi Kedidə çəkilib. 2007-ci ildə Happy Days (Telugu) və Kalloori (Tamil) filmlərində oynayıb. Hər iki filmdə tələbə rolu ilə tamaşaçıların bəyənisini qazanmış və filmlər böyük gəlir gətirmişdir. Bu rollar onu Telugu və Tamil kinosunda aparıcı aktrisa etmişdir.
O, bir çox mühüm Telugu filmlərində, məsələn, Happy Days (2007), Konchem Ishtam Konchem Kashtam (2009), 100% Love (2011), Oosaravelli (2011), Racha (2012), Tadakha (2013), Baahubali: The Beginning (2015), Bengal Tiger (2015), Oopiri (2016), Baahubali 2: The Conclusion (2017), F2: Fun and Frustration (2019), Sye Raa Narasimha Reddy (2019) və F3: Fun and Frustration (2022) filmlərində rol almışdır. Onun mühüm Tamil filmləri isə, məsələn, Kalloori (2007), Ayan (2009), Paiyaa (2010), Siruthai (2011), Veeram (2014), Dharma Durai (2016), Devi (2016), Sketch (2018), Jailer (2023) və Aranmanai 4 (2024) filmləridir. O, həmçinin 11th Hour (2021), November Story (2021), Jee Karda (2023), Aakhri Sach (2023) və Do You Wanna Partner (2025) kimi televiziya seriallarında da çəkilib.
Filmografiya
Mükafatlar
Digər işləri Tamanna Bhatiya aktyorluqdan kənarda müxtəlif fəaliyyətlərlə məşğul olub. 2010-cu illərin əvvəllərində Fanta və Chandrika Ayurvedic soap kimi televiziya reklamlarında model kimi çəkilib. 2015-ci ilin martında Zee Telugunu təmsil etmiş və öz zərgərlik markası Wite & Goldu təqdim etmişdir. 2016-cı ilin yanvarında Beti Bachao Beti Padhao kampaniyasını dəstəkləmişdir. O, 2018 və 2023-cü illərdə Hindistan Premyer Liqası açılış mərasimlərində çıxış etmişdir.
Tamanna Bhatiya Luke Coutinho ilə birgə Back to the Roots kitabını yazmış və bu kitab Penguin Random House India tərəfindən 2021-ci ilin avqustunda nəşr edilmişdir. 2022-ci ilin sentyabrında Sugar Cosmetics şirkətinə səhmdar kimi qoşulmuşdur. 2023-cü ildə yanvarda IIFL Financei, iyulda VLCCni, oktyabrda isə Shiseidonun ilk Hindistan səfiri olmuşdur. 2024-cü ilin yanvarında Cellecor Gadgets Limited şirkətinin qulaqlıq və ağıllı saatlarını təbliğ etmiş, 2024-cü ilin martında isə Rasna adlı yumşaq içki konsentratını təmsil etmişdir. 2025-ci ilin mayında Karnataka Soaps and Detergents Limited şirkətinin Mysore Sandal Soap markasının iki illik müddətə səfiri təyin edilmişdir.
Qeydlər
İstinadlar
Xarici keçidlər