Palindrom – tərsinə oxunuşu da eyni olan cümlə, söz və ədədlərə deyilir. Yunan dilindəki "Palindromon" sözündəndir, mənası "Geri çevrilən / Tərs(in)ə dönən", "Arxası-Önü olmayan" deməkdir. Azərbaycan dilində bunu "Astarı-Üzü (Tərsi-Üzü) eyni" kimi qəbul etmək olar. Müasir Türk dilində "palindrom" termininin mənasını birbaşa açıqlayan "Tərsi-düzü bir" deyimi işlədilir. Palindrom yaradıcılığında dilin ifadə və formal imkanlarının üzə çıxarılması əsas məqsəd daşıdığından bu söz yığınının hər şeyə baxmayaraq bir də müəyyən məna daşıması əlavə üstünlük sayılır.

thumb|right

Tarixi İlk palindrom hələ Miladdan əvvəl IV əsrdə qədim latın dilində tərtib olunub : "Sator Arepo tenet opera rotas"("Əkinçi Arepo yorulmadan çalışır.") Bizans imperiyasının paytaxtı Sofiyadakı bir kilsənin mərmər divarlarına aşağıdakı palindrom üslublu hikmət oyulmuşdur: NİSPONANOMİMATAMİMONANOPSİN("Təkcə üzünüzü deyil, günahlarınızı da yuyun")

Nümunələr

Palindrom sözlər Mum, Sus, Dad, ləl, lal, ütü, iki, səs, ada, ağa, ala, iri, yay, ana, ata, kök, bab, amma, kələk, şabaş, qabaq, mənəm, qapaq, ənənə, mühüm, kiçik, Əzizə, Küllük, qulluq, Tavat, şeş, küçük iti

iti

Palindrom cümlələr Bizə tut əzib.

Ey mələk kələm ye.

Buruq ada qurub.

Bikə kök əkib.

Palindrom ədədlər 323 2332 6336 54245 623326 7895987 42699624 536754457635 98765432100123456789 98778855231222213255887789

Quranda olan palindromlar 1 — (Mudethir 74:3) ر ب ك ف ك ب ر → ﻭرﺑﻚ ﻓﻜﺒﺮ

2 — (Yasin 36:40) ك ﻝ ف ﻱ ف ﻝ ك → ﻭﻛﻞ ﻓﻲ ﻓﻟﻚ ﻳﺴﺒﺤﻮﻥ

Qədim Sanskrit dilində palindromlar Yuxarıdan aşağıya, əksinə, sağdan sola və əksinə oxunduqda eyni cür oxunurlar. sa- ka- ra- na- na- ra- ka- sa- kā- ya- sā- da- da- sā- ya- kā ra- sā- ha- vā vā- ha- sā- ra- nā- da- vā- da- da- vā- da- nā. (nā da vā da da vā da nā ra sā ha vā vā ha sā ra kā ya sā da da sā ya kā sa kā ra nā nā ra kā sa)

Həmçinin bax Ambiqram Anaqram Panqramma

Xarici keçidlər Palindrome List of palindromes from Princeton Lexical Database.

Mənbə http://alatoran.org/Jurnal_2004_2/jurnal_2004_2_04_2.html

Kateqoriya:Palindrom