Erix Frid () — Avstriyada doğulmuş yazıçı, şair və tərcüməçidir. İlk vaxtlar Almaniya və Avstriyada siyasi şeirləri, daha sonralar isə sevgi şeirləri ilə tanınmışdır.

Yazıçı kimi o daha çox dram əsərləri və qısa hekayələr yazmışdır. O, həmçinin müxtəlif ingilis müəlliflərinin əsərlərini alman dilinə tərcümə etmişdir. Şekspirin ən məşhur əsərlərini alman dilinə tərcümə etmişdir.

Həyatı Erix Frid Avstriyada, Vyanada Nelli və Hüqo Frid adlə yəhudi ailəsində doğulmuş, 1938-ci ildə Nasist Almaniyası tərəfindən Avstriyanın işğalı zamanı atası Gestapo tərəfindən öldürüldükdən sonra İngiltərəyə köçmüşdür. Londonda məskunlaşmış və Böyük Britaniya təbəəliyini 1949-cu ildə qəbul etmişdir. Erix Frid uşaqlıqdan sərt siyasi şeirlər və esselər yazırdı.

Alman işğalından sonra Londonda yaşamağa başlayan Frid sonrakı aylarda anasını və daha 70 insanı Londona qaçırmağı bacarır. Müharibə illərində kitabxanaçı, fabrik fəhləsi və sair peşələrdə çalışır. "Gənc Avstriya", "Kommunist Gənclər Təşkilatı" və digər siyasi təşkilatlarda təmsil olunur. 1944-cü ildə Avstriyanın "PEN" nəşriyyatında "Almaniya" () adlı ilk şeirlər kitabı yayımlanır.

Onun Vyanaya ilk rəsmi dönüşü 1962-ci ildə olmuşdur.

Frid müharibədən sonra qurulan bir çox dərgilərdə, 1950-ci illərin ilk yarısından BBC-nin alman redaksiyasında siyasi şərhçi olaraq çalışır. 1968-ci ildə "soyuq müharibə" səbəbindən BBC-dəki işindən ayrılır. İşindən ayrılmamışdan öncə Dilan Tomasdan etdiyi tərcümələr, "Şeirlər" () toplusu və birinci-sonuncu romanı olan "Əsgər və qız" () romanı ona böyük şöhrət gətirmişdi. 1963-cü ildən sonra "Qrup 47"yə qoşulur. Şekspirin əsərlərini də məhz bu dönəmlərdə tərcümə edir.

Yaradıcılığı 1966-cı ildə dostları arasında siyasi şeir mövzusunda mübahisələr yaradan "...Və Vyetnam və..." () adlı şeir kitabı yayımlanır. 1977-ci ildə ilk önəmli mükafatını “Priz İnternational des Editeurs” alıb. 1978-ci ildə "Vətənsiz 100 şeir" () kitabı 7 dildə işıq üzü gördü.

1979-cu ildə yayımlanan "Sevgi şeirləri" () kitabı çox böyük uğur qazandı.

1986-cı ildə xatirələri işıq üzü gördü. (Təkrar nəşri 1992) E.Frid “Bremen ədəbiyyat”, “Avstriya dövlət”, “Georq Büxner” kimi mükafatları 60 yaşını keçdikdən və ağır xəstəliyə tutulduqdan sonra qazanıb.

Frid 1988-ci ildə Almaniyada vəfat etdi və Londonda Kensal Green qəbiristanlığında dəfn olunub.

Avstriyanın ədəbiyyat mükafatı olan Erix Frid Mükafatı onun adınadır.

Əsərləri Drei Gebete aus London (Londondan üç zəvvar) 1945 Ein Soldat und ein Mädchen (Əsgər və qız), 1960 Reich der Steine, 1963 Warngedichte (Xəbərdarlıq şeirləri), 1964 Überlegungen, 1964 Kinder und Narren, 1965 und Vietnam und (və Vyetnam və), 1966 Anfechtungen, 1967 Die Beine der größeren Lügen, 1969 Poesiealbum, 1969 Unter Nebenfeinden, 1970 Die Freiheit den Mund aufzumachen, 1972 Höre Israel, 1974 So kam ich unter die Deutschen, 1977 100 Gedichte ohne Vaterland, 1978 Liebesgedichte (Sevgi şeirləri), 1979 Es ist was es ist (Nədirsə odur), 1983 Um Klarheit, 1985 Mitunter sogar Lachen, 1986

İstinadlar

Mənbə Səma, ulduzlar və öpüşlər. kulis.az

Kateqoriya:Avstriyada doğulanlar Kateqoriya:Avstriya şairləri Kateqoriya:Britaniya şairləri Kateqoriya:XX əsr Britaniya yazıçıları Kateqoriya:Avstriya yazıçıları