Cult of Luna — 1998-ci ildə vokalçı Klas Ryudberq və gitaraçı Yohannes Persson tərəfindən qurulmuş İsveç metal musiqi qrupu.

Haqqında Qrup yaradılandan bir müddət sonra Erik Olefsson, Maqnus Lindberq və Fredrik Kixlberq da qrupa qoşularaq tam kollektiv təşkil etdilər. Qrup tərzi ağır musiqi və kədərli musiqi, sözlərdən ibarətdir.1999-cu ilin yanvarında qrupun birinci demo albomu "Col" albomu olmuşdur. Bu albomdan sonra "Trastock festivalda" canlı çıxışlar edən qrup üzvləri, daha sonra 2001-ci ildə "Cult of Luna" adlı ilk studio albomlarını çıxartdı. Sonra ara vermədən digər The Beyond (2003) , Salvation (2004) , Somewhere Along the Highway (2006) və Eternal Kingdom (2008) — illər də albomlar çıxardaraq qrup Avropa turların da çıxış edərək bu üslubda ən öndə gedən qruplardan biri olmağı bacardı.

Qrup üzvləri

İndiki üzvləri Yohannes Persson — gitara, vokal Erik Olefsson — gitara Fredrik Kixlberq — gitara, vokal Andreas Yohansson — bas gitara Anders Teqlund — sintezator Tomas Xedlund — zərb alətləri Maqnus Lindberq — zərb alətləri, səs rejissoru

Keçmiş üzvləri Marko Hilden – zərb alətləri Aksel Stattin – bas gitara Klas Ryudberq — vokal

Diskoqrafiya Cult of Luna (EP) (2001) Cult of Luna (2001) The Beyond (2003) Salvation (2004) Somewhere Along the Highway (2006) Eternal Kingdom (2008) Vertikal (2013) Vertikal II EP (2013) A Dawn to Fear (2019) The Long Road North (2022)

Kateqoriya:İsveç musiqi qrupları Kateqoriya:1998-ci ildə yaranan musiqi qrupları Kateqoriya:İsveç metal musiqi qrupları Kateqoriya:1999-cu ildə yaranan musiqi qrupları