Bahadur Bahadur oğlu Həziyev () — “Əməkdar məşqçi”, İdman ustası, Azərbaycan çempionu.

Həyatı Bahadur Həziyev 20 yanvar 1971-ci ildə Qubadlı rayonunun Qəzyan kəndində anadan olmuşdur. Yunan-roma güləşi ilə məşğul olur. İdman ustasıdır. 1988, 1989, 1990, 1991, 1993, 1994, 1997, 1998, 1999, 2001 və 2003-cü illərdə Azərbaycan çempionu olub. 2010-cu ildə “Əməkdar məşqçi” fəxri adı verilib.

Qubadlı rayon Uşaq-Gənclər İdman məktəbində məşqiçi-müəllim işləyib.

İstinadlar