Səfərəli Yaqub oğlu Babayev () – coğrafiya elmləri doktoru (2002), professor, Naxçıvan MR Əməkdar müəllimi, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü (2003).

Həyatı Səfərəli Babayev 1923-cü ildə Naxçıvan MR-nın Babək rayonunun Əznəbürd-Təzəkənd kəndində anadan olmuşdur. 1940-cı ildə Naxçıvan Pedaqoji Texnikumunu, sonralar Naxçıvan Dövlət Müəllimlər İnstitutunu bitirmişdir. 1954-cü ildə Azərbaycan Dövlət Qiyabi Pedaqoji İnstitutunun Coğrafiya fakültəsini və Azərbaycan KP MK yanında Respublika Partiya Məktəbini fərqlənmə diplomları ilə bitirmişdir. 1959-cu ildə Azərbaycan EA Coğrafiya İnstitutunun dissertantı olmuşdur. 1968-ci ildə "Naxçıvan MSSR-in təbii şəraiti və landşaftı" mövzusunda namizədlik müdafiə etmişdir. 2002-ci ildə isə "Naxçıvan MR-da Dədə-Qorqud toponimləri" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.İdeya müəllifi B. Ə. Budaqov, Azərbay. Coğrafiya alimləri, Bakı "Elm" 2013.

Əmək fəaliyyəti 1937–1938-ci illərdə Babək rayonu Xıncab kənd yeddiillik məktəbində işləmişdir. 1948-ci ildə Azərbaycan LKGİ Naxçıvan Vilayət Komitəsinin katibi seçilmişdir. 1950–1952-ci illərdə Azərbaycan KP MK yanında İkiillik Partiya məktəbinin dinləyicisi olmuşdur. 1952–1955-ci illərdə Naxçıvan MR-sı Maarif Nazirliyinin məktəb inspektoru Naxçıvan rayon Partiya komitəsinin təbliğat-təşviqat şöbəsinin müdiri təyin olunub 1956–1957-ci illərdə Naxçıvan MR Maarif Nazirinin müavini 1957–1960-cı illərdə Muxtar Respublikanın maarif naziri vəzifəsində işləmişdir. 1960–1963-cü illərdə Azərbaycan KP Naxçıvan rayon komitəsinin birinci katibi olmuşdur. 1963–1965-ci illərdə Naxçıvan MR Nazirlər Soveti yanında Radio və Televiziya verilişləri Komitəsinin sədri olmuşdur. 1965–1970-ci illərdə Naxçıvan MR Nazirlər Soveti sədrinin birinci müavini seçilmişdir. 1970–1972-ci ildə Azərbaycan Pedqoji İnstitutu Naxçıvan filialının direktoru vəzifəsində çalışmışdı. 1972-ci ildən başlayaraq Naxçıvan Pedaqoji İnstitutunda Coğrafiya kafedrasının müdiri, dekan və dosent vəzifələrində işləmişdir. 1996-cı ildən ömrünün sonuna qədər Y. Məmmədəliyev adına Naxçıvan Dövlət Uniıversitetin Coğrafia kafedrasının müdiri olmuşdur. 1959–2003-Azərbaycan Respublikası Coğrafiya Cəmiyyəti Naxçıvan filialının sədri olmuşdur. 1959-cu ildən 3 çağırışda Naxçıvan Muxtar Respublikası Ali Sovetinin deputatı seçilmişdir. S. Y. Babayev uzun illər Naxçıvan MR-sı Ağsaqqallar Şurasının sədr müavini və sədri olmuşdur.İdeya müəllifi B. Ə. Budaqov, Azərbay. Coğrafiya alimləri, Bakı "Elm" 2013

Elmi əsərləri Elmdə məşğul olduğu əsas sahə fiziki coğrafiya, landşaftların tədqiqi olmuşdur. Elmi tədqiqatları əsasən Naxçıvan MR-nın fiziki coğrafiyası, təbii sərvətləri, təbiətin mühafizəsi, toponimikası və s. öyrənilməsinə həsr olunmuşdur. Onlarla elmi əsərin müəllifidir. Onun bir çox əsərləri daha çox elmi əhəmiyyətə malikdir.Onun 8-i xaricdə çap olunmaqla, ümumilikdə 85 elmi əsəri işıq üzü görmüşdür. "Qədim diyarın təbiəti" (1970) "Əfsanələr diyarı" (2001) "Naxçıvanda "Kitabi-Dədə Qorqud" toponimləri". 1999 "Naxçıvan MR-nin coğrafiyası" (1999), və s. “Naxçıvanda “Kitabi-Dədə Qorqud” toponimləri” monoqrafiyasında Naxçıvan diyarının qədim Azərbaycan torpağı olduğu inandırıcı dəlillərlə sübut olunmuşdur. Bu əsərə görə ona "Əməkdar elm xadimi fəxri" adı verilmişdir. Alimin bir çox elmi-praktik təklifləri həyata keçirilmişdir. Onun rəhbərliyi ilə ilk dəfə muxtar respublikanın təbii şəraiti toplum halında öyrənilmiş, landşaftının təsnifatı, səciyyəsi, xəritəsi verilmişdir.

Mükafatı Xidmətlərinə görə Naxçıvan MR Ali Soveti Rəyasət heyətinin 2 Fəxri fərmanı SSRİ Coğrafiya Cəmiyyətinin 1 Fəxri fərmanı

Xarici keçidlər S. Y. Babayevin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı

İstinadlar

Kateqoriya:AMEA-nın müxbir üzvləri Kateqoriya:Coğrafiya elmləri doktorları Kateqoriya:Naxçıvan MSSR Ali Sovetinin VI çağırış deputatları Kateqoriya:Naxçıvan Muxtar Respublikası Ali Məclisinin II çağırış deputatları Kateqoriya:Azərbaycan Kommunist Partiyası Babək Rayon Komitəsinin birinci katibləri Kateqoriya:Naxçıvan MSSR Ali Sovetinin VII çağırış deputatları Kateqoriya:Naxçıvan MSSR maarif nazirləri Kateqoriya:Naxçıvan MSSR Nazirlər Soveti sədrinin birinci müavinləri