Barokko rəssamlığı — XlV-XVI əsrlər mədəniyyətindəki barokko dövrünə aid olan rəsm əsərləri. Bu cərəyan çox vaxt mütləqiyyət, əksreformasiya və katolik intibahı ilə əlaqələndirilsə də, Qərbi Avropanın mütləqiyyətçi olmayan və protestant dövlətlərində də barokko üslubunda əhəmiyyətli əsərlərin mövcudluğu barokkonun populyarlığını göstərir.
Barokko rəssamlığı insan və dünyanın harmoniyasını deyil, onların arasındakı ziddiyyətləri göstərməyə çalışır. Böyük Dünyanı birdəfəyə qavramaq heç də hamı üçün asan olmadığından rəssamlar simvolik obrazlardan, işarə və eyhamlardan istifadə edərək əsərin hüdudlarından kənarda olan məkanın bədii izahını verirdilər.
İtaliyada Barokko üslubu 250px|thumbnail|right 250px|thumbnail|right Barokkonun XVII əsr italyan incəsənətində, xüsusən memarlıq və heykəltəraşlığında hakim mövqe tutmasına baxmayaraq, realist üslub da özünəməxsus yer tuturdu. Bu üslub daha çox Avropa realist rəngkarlığının inkişafına misilsiz təsir göstərən Mikelancelo Merizi da Karavaconun əsərlərində öz ifadəsini tapırdı. İtaliyanın özündə Karavaconun çoxlu ardıcılları meydana gəldi ki, onları karavacoçular adlandırırdılar. Bununla bərabər, karavacopərəstlər İtaliya sərhədlərindən uzaqlarda da mövcud idi. O dövrün dahi rəssamlarından heç biri Avropa realist sənətində əsas mərhələ təşkil edən Karavacodan yan keçə bilmədi.
Karavaconun sərt pealizmi onun müasirləri, «yüksək sənət» təpəfdarları sarıdan başa düşülmürdü. Əsərlərinin bilavasitə təsir obyekti olan naturaya müraciət və onun izahının doğruluğu Karavacoya çoxlu düşmən qazandırmışdı. Bunların içərisində rəsmi şəxslər və ruhanilər də var idi. Karavaco sənətinin formalaşmasına XVI əsrin sonunda İtaliyada inkişaf edən parlaq və emosional ifadəli Venesiya rəngkarlığının ənənələri, həmçinin yaradıcılıq azadlığına can atan manyerizm güclü təsir göstərmişdi.
Karavaconın yaradıcılığında dini mövzular mühüm yer tutur. Məs. «Yudif və Olofern» (1599), «Fomanın inamı» (XVI əsrin 90-cı illərinin II yarısı), «Emmausda şam yeməyi» (1599). XVI-XVII əsrlər arasında Karavaco apostolların həyatına aid süjetlər əsasında 2 silsilə rəsmlər yaradıb. Bu əsərlərdən 3-ü apostol Matveyə həsr edilərək Romada San Luici dei Françezi kilsəsinin Kontarelli kapellası üçün çəkilmişdi (1597-1600). 1945-ci ildə bu əsərlərdən biri məhv olur. Karavaco daim məbədlər üçün sifarişlər alırdı. Santa-Mariya della Skala kilsəsinin mehrabı üçün çəkdiyi «Məryəmin ölümü» əsəri buna misaldır (1605-1606). «Apostol Matveyin çağırışı» (1599-1600), «Savlın dönməsi» (1600-1601), «İsanın tabuta qoyulması» (1604) və s. əsərlər də maraq doğurur.
Karavaco Avropa incəsənətində ilk dəfə olaraq dəzgah natürmortları yaratmağa başladı. Bütün bunlarla yanaşı, Karavaconu həmçinin rəngkarlıqda da barokkonun banisi hesab etmək olar, çünki barokko dili və barokkoya məxsus dünya duyumu ona yad deyil. Rəngkarlıqda barokko XVI-XVII əsrlərin 2 əsas bədii cərəyanın nəticəsi kimi yaranır. Bunlardan biri XVII əsrdə İtaliyanın ən məşhur rəssamı olan Karavaconun (1573-1610) sənəti ilə, digəri Karraççi qardaşlarının yaradıcılığı ilə bağlıdır.
Annibale və Aqostino Karraççi qardaşları 1585-ci ildə Bolonyada yaratdıqları üçün onların adı ilə bağlı olan cərəyan "Bolonya akademizmi" adlanır. Burada rəssamlar xüsusi proqram üzrə dərs alırdılar, onlara yalnız praktik deyil, nəzəri dərslər də, məs. perspektiv (mənzərənin uzaqdan görünüşü), anatomiya, tarix, mifologiya, antik rəsm və heykəllərin şəklinin çəkilməsi və s. də keçilirdi. Annibale Karraççi «qəhrəmanlıq peyzajı» janrının yaradıcısıdır. Bolonyalılar hesab edirdi ki, təbiət özü-özlüyündə natamam, qeyri-kamil olduğu üçün incəsənətdə təmsil edilə bilməz, bunun üçün o, müəyyən səviyyəyə çatdırılmalıdır. Məhz bu məqsədlə Annibale Karraççi özünün uydurduğu, ideallaşdırılmış təbiət yaradırdı. Beləliklə, Bolonya akademizminin əsas prinsipi naturanın patetizm və ideallaşdırma vasitəsilə təkmilləşdirilməsidir.
Rəngkarlıqda akademist cərəyan manyerizmə cavab kimi yaranmışdı. İtaliyada XVI əsrin 20-30-cu illərində yaranmış bu cərəyanın nəzəriyyəçiləri əsrin ortalarında olduqca böyük təsirə malik idilər. Onlar iddia edirdi ki, hamı üçün ümumi olan estetik ideal ola bilməz, sənətkar kortəbii şəkildə yalnız ilahi qüvvənin təsiri ilə yaradır. Bununla əlaqədar bədii təhsil də gərəksiz sayılırdı. Akademiya bu baxışları inkar edirdi. Ədəbi sənət idealının mövcudluğunu təsdiq edən Karraççi qardaşları bunun mənbəyini Antik və İntibah dövründə axtarırdı. Onlar təhsilə və intellektə də xüsusi fikir verir və məhz buna görə də tədris proqramlarına dünyəvi elmləri daxil edilmişdi. Karavaco bir çox məsələlərdə Bolonya akademizminin antipodu olsa da bu iki müxtəlif üslubun əsasında italyan barokkosu yaranır. Beləliklə, italyan barokko sənətkarları dünyanın mürəkkəb və sirlərlə dolu olmasını hamıdan əvvəl duydular. Onlar insanın nə qədər aciz, təbiətinin mürəkkəb və ziddiyyətli olduğunu, ali mənəvi dəyərlərə çatmaq yolunda onu hansı çətinlik və iztiradlar gözlədiyini göstərməkdən qorxmadılar. Mərkəzdə mövcud olan rəsmi barokko cərəyanı ilə yanaşı, XVII əsrdə İtaliyanın ucqarlarında realizm ənənələrini davam etdirən rəssamlar da var idi. Bunlardan ən istedadlısı yaradıcılığı sonrakı dövrdə də davam edən bolonyalı Cüzeppe Mariya Krespi idi (1664-1747).
İspaniyada Barokko üslubu thumbnail|right XVI əsrdə dünyaya ağalıq edərək Niderland, Almaniya, İtaliyanı öz təsiri aliında saxlayan, Amerika müstəmləkələrini zəbt edən İspaniya özü heç nə istehsal etmədiyindən, tədricən artan yoxsulluq əhalinin qəzəbinə səbəb olurdu. XVI əsrdə Şimali Niderlandın (Hollandiyanın) ayrılması onun müflisləşməsinin başlanğıcı oldu. XVII əsrdə İspaniya artıq ikinci dərəcəli ölkələr sırasına keçdi. 250px|thumbnail|right İspan monarxiyası Fransadan fərqli olaraq mədəniyyəti öz qanadı altına ala bilmədiyindən rəssamlıq El Qreko, X.Ribyera, Surbaran, D.Velaskes, Murilyo və başqalarının simasında yüksək inkişaf səviyyəsinə çatdı. XVII əsrin sonunda incəsənətdə barokko üslubu bərqərar oldu.
XVI əsrin II yarısınadək ispan incəsənəti əsasən əyalət xarakteri daşıyıb. Rəngkarlıq İntibah dövrü sənətkarlarının zəif təqlidindən ibarət idi. İspan rəssamlarının çoxu antik irsə ehtiyat və qəzəblə yanaşaraq onu xristian ustalarına heç nə öyrətməyə qadir olmayan, yad, bütpərəst mədəniyyət hesab edirdilər. İspan rəngkarlığının fəaliyyəti inkvizisiya tərəfindən ciddi nəzarətdə saxlanırdı. Məsələn, çılpaq qadın bədəni çəkmək, Məryəm və digər müqəddəs qadınların təsvirlərində onların ayaqlarını göstərmək qadağan edilirdi. İspaniyaya İtaliyadan keçən manyerizm üslubu geniş yayılmağa başladı, hətta qotika qalıqları da saxlanmışdı. XVI əsrin sonunda milli realist incəsənətin dirçəlişi başladı. Bu, öz əksini hər şeydən əvvəl rəngkarlıqda tapdı.
II Filippin sarayında işləyən portretçi-rəssamlardan daha çox fərqlənənləri Sançes Koelyo və Pantoxa de la Krusdur. Kral ailəsindən olanların və əsilzadələrin portretlərini çəkməklə onlar ispan saray portretinin italyan və fransızlarınkından fərqlənən yeni tipini yaratdılar. İspan əsilzadələri öz süni ciddiliyi və lovğalığı ilə fərqlənirdi. Onlar gözəl təsvir olunmalarını tələb etmirdilər. Əksinə, özləri ilə öz olduqları kimi fəxr edirdilər. Eyni zamanda istəyirdilər ki, portret onların irqi ləyaqətlərini çox yüksək formada ifadə etsin.
XVI-XVII əsrlərin ilk məşhur ispan rəsamı milliyətcə ispan olmayan El Qrekodur (1541-1614). Əsil adı Domeniko Teotokopuli olan bu rəssam əslən yunandır (buradan da – Qreko). Onun «Müq. Mavrikinin əzabları» əsəri II Filippin xoşuna gəlmədiyindən o, saray rəssamı olmur. Madrik sarayında müvəffəqiyyətsizliyə düçar olan rəssam İspaniyanın keçmiş paytaxtı Toledoya gedir. Burada o, San-Tome kilsəsi üçün «Qraf Orqasın dəfni» adlı monumental əsərini işləyir. Məhz bu şəhərdə El Qreko təkrarolunmaz, qeyri-adi rəssama çevrilərək həmişəlik incəsənət tarixində qalır. Onun yaradıcılığını hər hansı bir cərəyana aid etmək çətindir: son Renessans, manyerizm, barokko, Bizans, qotika, erkən ekspressionizm və s. Müqəddəslərin təsviri həm bütövlukdə ispan rəngkarlığında, həm də El Qreko yaradıcılığında mühüm yer tutur. «Apostol Matvey və Fransisk Assizski » (1590-1595), «Apostol Pyotr və Pavel» (1614), «Müqəddəs ruhun enməsi» və s. bu qəbildəndir. El Qreko gözəl rəng ustası olub, işıq, perspektiv, anatomiya qanunlarını da yaxşı bilirdi. Onun məkan və kompozisiya quruluşu, obrazları digər ispan rəssamlarından fərqlənirdi. O, öz yaradıcılığında müasir ənənələrdən getdikcə daha çox uzaqlaşdığı üçün onun davamçısı, demək olar ki, yoxdur. Ribyera (1591-1652) XVII əsr Avropa rəngkarlığında realist üslubun nümayəndəsi, hətta Valensiya realist məktəbinin ilk nümayəndəsi Karavaconun davamçısı sayılır. Xusepe Ribyera yaradıcılığının ilk dövrlərində zindanlardakı adamların həyatına aid dramatik əsərlər yaradır. 20-ci illərin sonundan isə tamamilə rəngkarlığa keçir. Əsərlərinin mövzuları müxtəlifdir: antik tarix, Bibliya hadisələri, müqəddəslərin həyatından səhnələr, mifoloji süjetlər və s. Məşhur əsərləri «Müqəddəs Varfolomeyin iztirabları» (1639), «Müqəddəs İnessa» (1641), «Topal» (1642), «Filosof Diogen», «Apostol Varfolomey» və s.
Surbaran (1598-1664) yaradıcılığının yetkin dövründə əsasən monastırların sifarişi ilə müqəddəslərin həyatından olan süjetlərə monumental silsilələr işləyir. Belə əsərlərdən biri – bizədək çatmayan «Akvianlı Fomanın müq. Bonaventuraya baş çəkməsi» (1629) tablosudur. Digər əsərləri: «Müq. Lavrenti» (1636), «Müq. Kasilda» (1640), «Dörd qabla natürmort» (1632-1634), «Məryəmin yeniyetməliyi» (1660) və s.-dir. Diyeqo Velaskes (1599-1660). Bu rəssamın əsərləri XVII əsr İspan rəngkarlığının zirvəsi hesab edilir.
Əsas əsərləri: «Səhər yeməyi» (1617), o dövr ispan incəsənətitndə ilk çılpaq qadın təsviri olan «Venera güzgü qarşısında» (1650), «Saray xanımları» («Meninlər», 1656), «Toxucular» (1657) və s.-dir. Rəssam portretlərə daha çox üstünlük verirdi. Məs. «IV Filippin portreti», «İnfanta Ferdinandın portreti», «İnfanta Baltasura Karlosun atlı portreti» (1635), «Papa X İnnokentinin portreti» (1650), «İnfanta Marqarita» (1660).
Murilyo (1618-1862) janr rəngkarlığına daha çox fikir verirdi. Əsas əsərləri: «Oğlan itlə» (1650), «Meyvə satan» (70-ci illər) və s. Murilyonun ölümü ilə sanki ispan rəngkarlığı da öz fəaliyyətini dayandırdı.
Flandriyada Barokko üslubu Hələ XVII əsrin əvvəllərində flamand incəsənəti orta əsrlərə məxsus dini forma və janrlarla həmişəlik vidalaşmışdı. Qeyri- dini janr və süjetlər geniş yayıldı: tarixi, alleqorik, mifoloji, portret, məişət, peyzaj və s. İtaliyadan əvvəlcə manyerizm, sonra Bolonya məktəbinin akademizmi və karavacizm daxil olur. Karavacizm və qədim niderland rəngkarlığının realist ənənələrinin qovşağından realist cərəyan və monumental barokko üslubu inkişaf edirdi. Niderlandın cənub hissəsi, indiki Belçika ərazisi olan Flandriyanın ən iri mədəni mərkəzi XVI əsrin II yarısından başlayaraq Antverpen oldu. Flamand incəsənəti hər şeydən əvvəl Rubensin adı ilə bağlıdır. Həmin dövrdə Flandriyada digər dahi rəssamlar yaşasalar da onlar «Rubens məktəbi» adı ilə tanınaraq, Rubens gunəşi ətrafında fırlanan planetlər kimi başa düşülür.
Flamand rəngkarlıq məktəbinin banisi olan Piter Paul Rubens (1527-1640) flamand barokko məktəbini İtaliyadakından sonra deyil, onunla paralel yaradıb. Flamand Barokkosu italyan barokkosundan getdikcə fərqlənməyə başlayır: flamand barokkosunda dini mövzular əvvəlcə azalır, sonra isə tamamilə yox olur. Rubens həm dini, həm də antik mifologiya süjetlərini eyni ustalıqla qələmə alırdı. Hər iki halda o, «bütpərəst» təsiri bağışlayırdı. Lakin Rubensin daimi və əsas sifarişçisi yezuit ordeni (cəmiyyəti) idi. Əsil barokko rəssamı kimi