Yelena Rafailovna Haqverdiyeva () — Azərbaycan rəssamı, Azərbaycan Respublikasının əməkdar rəssamı (2018), Azərbaycan Rəssamlar İttifaqının üzvü (1997).

Həyatı Yelena Haqverdiyevanın yaradıcılığında qadınlar mövzusu, milli geyimlər, qurama, əsas yer tutur. Həmçinin Qacar üslubunun təsirdə duyulur.

1982–1987-ci illərdə Azərbaycan pedaqoji institutunda təhsil alıb.

1997-ci ildən başlayaraq Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

Rəssamın əsərləri Azərbaycanda, Fransada, Almaniyada, Rusiyada, Böyük Britaniyada, Türkiyədə, ABŞ-də şəxsi sərgilərdə saxlanılır. Həmçinin xarici ölkələrdə keçirilən müxtəlif sərgilərin iştirakçısı olub. Muzeyimizdə nümayiş etdirilən "Günəşli xoş bir gün" əsərində rəssam soyuq bir qış günündə həsrətini çəkdiyi isti yayı təsvir edib.

Mükafatları 27 may 2018-ci ildə "Azərbaycan Respublikasının əməkdar rəssamı" fəxri adına layiq görülmüşdür.

İstinadlar

Kateqoriya:Azərbaycan Rəssamlar İttifaqının üzvləri