Elşən Hacıbabayev (tam adı: Elşən Atababa oğlu Hacıbabayev; ) — Azərbaycan aktyoru.

Həyatı Elşən Atabala oğlu Hacıbabayev 29 mart 1980-ci ildə Bakıda anadan olmuşdur. 1998-ci ildə Bakı Mədəni Maarif texnikumunun Dram və kino aktyorluğu fakültəsini bitirib. 2002-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyorluğu fakültəsini bitirib. 1999-cu ildən Azərbaycan Dövlət Gənclər teatrında aktyor vəzifəsində çalışıb. 2009-cu il may ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorudur.

Dram və kino aktyorudur. Film, reklam və kliplərdə çəkilmişdir. Evlidir.

Mükafatları 7 may 2026-cı ildə Prezident Mükafatına layiq görülmüşdür.

Teatr səhnəsindəki rolları Hamlet (V.Şekspir) — keşiş Maqbet (V.Şekspir) — həkim Ölülər (C.Məmmədquluzadə) — Hacı Kazım ağa Mamay kişinin yuxuları (V.Səmədoğlu) — notarius İnək (N.Hikmət) — cocuk Karmen (P.Merime) — qaçaqmalçı; Alfonso Qum üzərində ev (M.Rüstəmbəyov) — Eldar Fanatlar (E.Hüseynbəyli) — oğlan Tabut (F.Mustafa) — musiqiçi Şübhəli əhvalat (Qabil) — reket Atamın kitabı (B.Vahabzadə) — həkim İblis (H.Cavid) — Arif Əbləhlərin toyu (R.Əlizadə) — Qardaşxan Mürafiə vəkilləri (M.F.Axundov) — aktyor Qarışqa yuvası (Ə.Qiyas) — Arif Sara Xatun (N.Saraclı) — Uğurlu Gecə soyğunçuları (M.Mitroviç) — polis Məhv olmuş gündəliklər (İ.Əfəndiyev) — Qənimət Tədbirə qarşı tədbir (V.Şekspir) — cəllad Kərbəlada doğan günəş (O.Altunbay) — Sərcun Nazirin xanımı (B.Nuşiç) — Ninkoviç Tarelkinin ölümü (A.S.Kabilin) — İvan Sidrov; 3-cü borc verən; şatala Nerostatı unudun (Q.Qorin) — nəzarətçi Aydın (C.Cabbarlı) — Mirzə Cavad Şeyx Sənan (H.Cavid) — Gürcü Ələddinin sehrli çırağı (ərəb xalq nağılı) — cəllad Viktoriya (K.Hamsun) — qonaq Şelkunçik (E.T.A.Hofman) — kral Oliver Tvistin macəraları (Ç.Dikkens) — Britlz Əcəl atı (V.Əlixanlı) — Hətəm; Marlen Mən səni sevirəm – MSS (Ə.Əmirli) — Marlen Romeo və Cülyetta (U.Şekspir) — hersoq Buzovna kəndinin əhvalatları (Elçin) — Kələntər Hacı Qara (M.F.Axundzadə) — Kərəməli Şahzadə Xəzərin nağılı (K.Ağabalayev, N.Kazımov) — ağ div Qaraca qız (S.S.Axundov, A.Şaiq) — Hüseynqulu bəy Buratinonun macəraları (A.Tolstoy) — Bazilio Danışan gəlincik (A.Şaiq) — padşah

Filmoqrafiya "Moskva-Bakı" qatarı (film, 2005) İnterpapa (film, 2006) Qaydasız döyüş (film, 2009) 3 bacı (film, 2012-2014) (bədii serial) (rol: restorandakı ofisiant) Döngələr (teleserial, 2012) Bir ailəm var (teleserial, 2013) Çaqqal nəfəsi (serial, 2013) 5+ (film, 2014-2015) (bədii serial) (rol: polis zabiti) Mən evə qayıdıram (film, 2014) Taksi parkı Oğlan evi Oğlan evi 2 Gizlənpaç (film, 2016) Ögey ana (teleserial, 2017) Qız qaçırtma (film, 2017) Samedik (film, 2017) İkinci pərdə (film, 2017) Bir milli on manat ( film 2015) Ögey ana (teleserial, 2017) Sarı gəlin (serial, 2017) Baldız (serial 2018) Ata ocağı(6-cı Mövsüm teleserial) Tağıyev. Çar (film, 2025) Tağıyev. Məktəb (film, 2026)

İstinadlar

Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:XXI əsr Azərbaycan aktyorları Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin mükafatı laureatları