Woods of Ypres — 2002-ci ildə Devid Qold, Aaron Palmer və Brayan MakManus tərəfindən yaradılan Kanada metal musiqi qrupu.
Haqqında Qrup blek-metal və dum-metal janrında mahnılar ifa edib. 2002-ci ildə "Against the Seasons: Cold Winter Songs from the Dead Summer Heat" adlı ilk demo albomunu çıxarıb. 2003-cü ildə isə artıq konsertlərdə çıxış etməyə başlayıb. 2003-cü ildə Devid Qold Torontoya köçərək albom yazmağa başlayıb və qrup 2004-cü ildə "Krankenhaus Records" səsyazma studiyasında "Pursuit of the Sun & Allure of the Earth" adlı ən mükəmməl albomunu çıxardaraq özünə geniş dinləyici kütləsi toplayıb.
Qrupun fəaliyyətini dayandırması və David Goldun ölümü 21 dekabr 2011-ci ildə "Woods of Ypres" qrupunun vokalisti və qurucusu Devid Qold Ontario əyaləti yaxınlığında avtomobil qəzası nəticəsində 31 yaşında vəfat edib. 2012-ci ildə qrup Avropa turuna çıxmağı planlaşdırsa da Davidin ölümündən sonra fəaliyyətini dayandırıb. Buna baxmayaraq "Woods of Ypres" qrupunun 5-ci və sonuncu albomu "Woods 5: Grey Skies & Electric Light" 2012-ci il fevralın 27-də Avropada, iki ay sonra isə Şimali Amerikada buraxılıb.
Qrup üzvləri David Gold — bas gitara, vokal, baraban (2002–2011) Brian McManus — gitara, vokal (2002–2003) Aaron Palmer — gitara, vokal (2002–2003) Robin Cross — vokal (2003) Dustin Black — gitara (2003) Steve Jones — gitara (2003–2004) Connor Sharpe — bas gitara (2003–2004) Jessica Rose — sintezator (2003–2008) Dan Hulse — bas gitara, vokal (2005–2007) Chris "Mezz" Mezzabotta — baraban (2005–2007) Shawn Stoneman — gitara (2007) Lee Maines — gitara (2008) Bryan Belleau — gitara (2008–2010) Steve Furgiuele — bas gitara (2008–2009) Evan Madden — baraban (2008–2011) Brian Holmes — sintezator (2008) Shane Madden — bas gitara (2009–2011) Joel Violette — bas gitara (2010–2011) Brendan Hayter — bas gitara (2011) Rae Amitay — baraban (2011)
İstinadlar
Kateqoriya:Kanada musiqi qrupları Kateqoriya:2002-ci ildə yaranan musiqi qrupları Kateqoriya:Kanada metal musiqi qrupları Kateqoriya:Kvartetlər