Mən də Darıxdım () Eflatun Film-in hazırladığı, Star TV-də yayımlanan absurd-komediya növündə Türkiyə teleserialıdır. Baş rollarda Ali Atay, Serkan Keskin və Osman Sonantın oynadığı serialda aktyorların, yayımdan çıxarılan və 3 mövsüm TRT-də yayınlanmış Leyla ile Mecnun serialından sonra yaşadıqlarını başa salır. Serial barədə ilk xəbər 4 sentyabr 2013 tarixində serialın prodüseri Funda Alp tərəfindən rəsmi Twitter hesabından verilmişdir.
İstehsal Ssenari müəllifi Burak Aksak, rejissorları Onur Ünlü və Erkan Tunç, prodüserləri Orkun Ünlü və Funda Alp olan serialın birinci bölümü 25 oktyabr 2013 tarixində Star TV kanalında yayımlanmışdır. Seriala ssenari müəllifi, rejissor və prodüserlər də çəkiliblər. Serialın əsas mövzularından biri də Leyla The Band qrupudur. Serialın ilk bölümündə 3 mövsüm yayımlanmış, final bölümü olmayan Leyla ile Mecnun serialının 3 dəqiqəlik qısa finalı da göstərilmişdir. Son bölümü (13-cü bölüm) 29 yanvar 2014-cü il tarixində yayımlanmışdır.
Mövzu Leyla ile Mecnun serialı birdən-birə yayımdan çıxarılır. Serialın prodüserlərindən biri Funda Alp və rejissoru Onur Ünlü vəziyyəti aktyorlara deyirlər. Çəkiliş qrupu və aktyorlar işsiz qalırlar. İşlərini və bir-biriləri ilə işləməyi sevən qrup vəziyyəti qəbul etməkdə çətinlik çəkirlər. Ali canlandırdığı "Mecnun" obrazının təsirindən çıxa bilmir. Serkannın bir tərəfi hələ də "İsmail Abi"dir. Evli və bir uşağı olan Osman isə serialdakı rolu olan "Yavuz" kimi vaxtını dostları ilə keçirir. Cengiz hamının gözündə hələ də "Erdal Bakkal"dır. Ahmet "İskender" kimi hamının atası yerindədir. Heç kim rolundan tam çıxa bilmir və hər kəs gündəlik həyat tərzinə uyğunlaşa bilmir. Aktyorlar Leyla ile Mecnunun ssenari müəllifi Burakdan yeni serial yazmasını istəyirlər. 3 ildir eyni serialı yazan Burakın yeni proyekt fikirləşməyə vaxtı olmayıb. Hər kəs bir-bir nə edəcəklərini fikirləşirlər...
Rollar Aktyor Rol Ali Atay Ali Serkan Keskin Serkan Osman Sonant Osman Ahmet Mümtaz Taylan Ahmet Sera Tokdemir Selin Ezgi Çelik Deniz Mehmet Cihan Ercan Cihan Sarp Aydınoğlu Sarp Engin Günay Engin Gülce Oral Melodi Burak Aksak Burak Funda Alp Funda Onur Ünlü Onur Bahar Selvi Nazlı Çağlar Yiğitoğulları Şenol Cenker Aziz Dirlik Cenker Orkun Ünlü Orkun Cengiz Bozkurt Cengiz Nadir Sarıbacak Troll Köksal Engür Köksal Ege Tanman Ege Neslihan Aker Neslihan Mustafa Aşık Mustafa Onur Şirin Faruk Mehmet Yılmaz Ak Temizlikçi Merve Dağlı Zehra
Yayım vaxtı Sezon Göstərilmə günü və saatı Mövsüm başlanğıcı Sezon finalı Yayımlanan bölüm Bölüm aralığı TV sezonu TV kanalı 1-ci mövsüm Cümə. Daha sonra Çərşənbə 23:30 25 oktyabr 2013 13 2013-2014 Star TV
Xarici keçidlər Leyla ile Mecnun Leyla The Band Star TV-də "Mən də Darıxdım" tvyo-da "Mən də Darıxdım" Facebook-da "Mən də Darıxdım" Twitter-də "Mən də Darıxdım" YouTube-da "Mən də Darıxdım" Instagram-da "Mən də Darıxdım" IMDB-də "Mən də Darıxdım" SinemaTürk-də "Mən də Darıxdım"
Kateqoriya:2013-cü ildə başlayan Türkiyə teleserialları Kateqoriya:2014-cü ildə bitən Türkiyə teleserialları