İrtış (, , Древнетюркский словарь, Ленинград, 1969 г. (s. 182), )— Çində, Qazaxıstanda və Rusiyada çay, Ob çayının əsas sol qol. İrtış çayının uzunluğu 4248 km təşkil edir (uzunluğuna görə Ob çayından böyükdür). Ob çayı ilə birlikdə İrtış 1643 min km² hövzə genişliyi ilə Rusiyada birinci, Asiyada ikinci, dünyada isə altıncı ən geniş çaydır.
Coğrafiya thumb|İrtış çayının hövzəsi | left|192x192px İrtış uzunluq ilə dünyada ən uzun çay qoludur (ikinci yerdə Missuri çayı). Çin (525 kilometr), Qazaxıstan (1700 kilometr), Rusiya (2010 kilometr) ərazilərindən axır.
İrtış çayı öz mənbəsini Monqolustan və Çinin sərhədində yerləşən Altay dağlarından götürür. Qara İrtış çayı Çindən Zaysan dərəsilə Qazaxıstana keçib, Zaysan axar gölünə tökülür. Bu çayın mənsəbində böyük delta yaranmışdır.
Hidroqrafiya thumb|177x177px|left|İrtış çayı - Sintszyan (Çin) thumb|200px|right|İrtış - çay limanı (Çin) İrtış çayının yuxarı axarlarda qar və cüzi miqdarda yağış suları ilə; aşağı axarlarda qar, yağış və qrunt suları ilə qidalanır. Su rejimi müxtəlifdir. Yuxarı axarlarda aprel ayından daşqınlar başlayır, iyun ayında isə suyun səviyyəsi maksimum həddə çatır, oktyabra qədər çayın səviyyəsi enir. Çayın aşağı axarlarında daşqın mayın sonundan başlayır, iyunda maksimum səviyyə enir. Səviyyənin enməsi sentyabr ayına qədər davam edir. İllik axının 50 %-i yaz aylarında olur.
Hövzəsinin ümumi sahəsi 1 643 000 kv. kilometr təşkil edir. Çayın meyilliyi 0,03 m-dir.Захарчева Е. Г., Вяткина Г. А. «Иртыш — главная водная артерия Омской области» , Омский филиал ФГУ «ТФГИ по Сибирскому федеральному округу» Федерального агентства по недропользованию"
Su tərkibi Duzsuz, təmiz çay suyudur. Suyun minerallaşması mövsümdən asılı olaraq 136-253 mq/dm3 arası dəyişir. İrtış çayının duz tərkibi hidrokarbonatlı kalsium, nadir hallarda isə natrium elementlərindən ibarətdir. Qolları Qolları: Kalcir, Kürşim, Narım, Buqtırma, Ülbi, Oba, Qızılsu, Çar, Tobıl, Qamıstı, Om, Tara, Uy, Şiş, Esil, Oşa, Çağan, Qonda, Usolka, Vaqay.
Çay üzərindəki şəhərlər Mənbəyindən mənsəbinəcən Ertis çayının üstündə olan şəhərlər: Göktokay(Fuyun), Burçun (hamısı Çin); Serebryansk, Öskemen(keçmiş Üst-Kamenoqorsk), Semey(keçmiş Semipalatinsk), Kurçatov, Aqsu(1993-cü ilə qədər Yermak adlanırdı), Pavlodar (hamısı Qazaxıstan); Omsk, Tara, Tobolsk, Xantı-Mansiysk(Rusiya)
İstinadlar
Kateqoriya:Çin çayları Kateqoriya:Qazaxıstan çayları Kateqoriya:Rusiya çayları Kateqoriya:Asiyanın beynəlxalq çayları Kateqoriya:Türk mənşəli toponimlər