Nadir Qafarzadə () — Azərbaycan müğənnisi.

Həyatı Nadir Qafarzadə 13 fevral 1971-ci ildə Azərbaycanın Şabran rayonunda anadan olmuşdur. Tatəsillidir.

Ailəlidir 2 oğlu var.

Musiqi təhsillidir, Asəf Zeynallı adına Musiqi Kollecini "Opera" müğənnisi və musiqi müəllimi ixtisası üzrə bitirmişdir.

1989-cu ildə Rusiyanın Murmansk Vilayətində həqiqi hərbi xidmətdə olmuşdur. Orta məktəbdə oxuduğu müddət ərzində musiqi ilə də məşğul olmuşdur. Belə ki, Azərbaycan Dövlət Tele-Radio Şirkətinin "Qırmızı Qərənfil" məktəblilər ansamblında solist kimi fəaliyyət göstərmişdir. Bir çox musiqi müsaqibələrinin və mahnı festivallarının qalibi olmuşdur, bunlardan: "Qızıl Buta", "Grand" (2 dəfə), "İllin mahnısı", "İlin müğənnisi" və "İlin klipi" kimi mükafatları göstərmək olar.

2006-cı ildə Yalta şəhərində keçirilən Beynəlxalq Mahnı Festivalında Azərbaycanı təmsil etmişdir. Həmin ildə Rusiya Federasiyasının Müstəqillik gününə həsr olunmuş və Rusiyanın NTV kanalı ilə yayımlanan konsertində Azərbaycanı təmsil edərək çıxış etmişdir. 2007-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin "Hər şey Qarabağ üçün" devizi altında keçirdiyi marafona Könüllü qatılaraq Ağdam rayonunun cəbhə bölgələrində əsgərlər qarşısında konsert proqramı ilə çıxış etmişdir.

Videoqrafiya +SayKlip01Məni Belə Bilmə02Sən Yanımda Olanda03Bir Gözəli04Bəlalı Sevgilim ft. N.A.D.O05Yaşamaq İstəmişəm06Yolunu Gözləyirəm07Darıxmışam Sənin Üçün (duet Flora Kərimova)08Gülüm09Sən Mələksən10Dəli Olaram11Füzuli Kantatası12Oxu, Tar13Anam Azərbaycanım14Heydərdir Bu Dünya15Sən Mənim Xanımımsan16Demə Gedirəm17Sən Supersən18Rakkada-Çıkkada19Mübariz20Ana, Laylamı De21Gənclər22Ata, Sənə Ehtiyacım Var23Doymadım Bu Sevgidən24Eşqimə Şahid Zaman25Bu Yaş Nədir?26Сердце27Azərbaycan (duet Əziz Qafarzadə)28Dinlə Məni, Sevgilim (duet Elmira Rəhimova)29Pardon30Dözmür Ürək (duet Flora Kərimova)31Göndər32Ay Maral33Gün Keçdi34Mama35Milyon Roz36Yalan Demirəm37Kaman38Məndən Yoxdur39Ay Dəli, Dəli40Zır Dəli41Gəl Dost Olaq ft. Hayat42Sən Ürəksən, Ürək43Mavi Gözlüm44Azərbaycan Əsgəri45Yaşaya Bilirəm Sənsiz (duet Ayan Babakişiyeva)46Canım, Gözüm47Милая Моя48Retro Mashup49Saz Kimi Sevirəm50Bitməyən Roman (duet Sima Nəsirova)51Aşkım

Filmoqrafiya "Moskva-Bakı" qatarı (film, 2005) Hərənin öz payı+tayı (film, 2006) Qonşular (film, 2006)

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Azərbaycan müğənniləri Kateqoriya:Azərbaycan tatları