Hovard Zinn () — amerikalı tarixçi, yazıçı, dramaturq və sosial aktivist. 1964–1988 illərdə Boston Universitetində siyasi elmlər üzrə professor işləməmişdən əvvəl və işlədiyi ərəfədə o, ən təsiredici və ABŞ-də bestseller olan "Amerika Birləşmiş Ştatları Xalqlar Tarixi"nin (A People’s History of the United States) də daxil olduğu iyirmidən çox kitab yazmışdır. Zinn davamlı olaraq Birləşmiş Ştatlardakı fəhlə hərəkatı tarixi, vətəndaş hüquqları və müharibə əleyhinə olan hərəkatlar tarixi barədə yazmışdır. Onun memuarı olan "Hərəkət Edən Qatarda Neytral Ola Bilmərsən" (You Can’t be Neutral on a Moving Train) 2004-cü ildə Zinnin həyat və fəaliyyətini özündə əks etdirən sənədli filmin başlığıdır. Hovard Zinnin "A Young People's History of the United States" kitabı Azərbaycan dilində dərc edilib (tərcüməçi İlkin Hüseynli, nəşriyyat "Başla Kitab").
Həyatı və karyerası
Erkən həyatı Zinn, 1922-ci il avqust ayının 24-də Bruklində dünyaya göz açmışdır. Atası Eddie Zinn Avstriya-Macarıstan imperiyasında doğulmuş və Birinci Dünya müharibəsinin başlamasından əvvəl qardaşı Samuel ilə birgə Birləşmiş Ştatlara köçmüşdür. Hovardın anası Cenni (Rabinovitz) Zinn Şərqi Sibirdə yerləşən İrkutsk şəhərindən ABŞ-yə immiqrasiya etmişdir. Hər iki valideyn tanış olduqları və evləndikləri zaman çox aşağı təhsil səviyyəli fabrik işçiləri idi və uşaqlarını böyütdükləri mənzildə heç bir kitab və ya jurnal yox idi. Zinn’in valideynləri Çarlz Dikkensin 20 cilddə toplanmış əsərlərini almaq üçün New York Posta hər bir əsər üçün 10 sent və bir kupon göndərərək oğullarını ədəbiyyatla tanış etdi. Zinn həmçinin direktor və şair olan Elias Liberman tərəfindən əsası qoyulmuş "Thomas Jefferson High School"da yaradıcı yazıçılıq üzrə təhsil aldı. İkinci dünya müharibəsi ərəfəsində Zinn könüllü olaraq Hava qüvvələri qoşununa qoşuldu və 490-cı topçu alayında bombardmançı olaraq təyin edildiThe Politics of History 2nd ed. by Hovard Zinn (University of Illinois Press, 1990) pp. 258–274) ISBN 978-0-252-01673-8. Berlin, Çexoslovakiya və Macarıstan səmalarından düşmən hədəflərini bombaladı.1945-ci il aprel ayında Birləşmiş Ştatlar topçusu Zinn Fransanın cənub-qərbində yerləşən, dənizkənarı istirahət düşərgəsi olan Ruayana napalm bombası atdıZinn, Howard (1990). Declarations of Independence. New York, NY: HarperPerennial. ISBN 978-0-06-092108-8. Zinn’in müharibə əleyhdarı mövqeyi öz təcrübələrindən qaynaqlanan bu tip hadisələrdən sonra daha da inkişaf etdi. Doqquz il sonra, doktorluğunu müdafiə etdikdən sonrakı bir tədqiqatda Zinn, Bordonun yaxınlığındakı istirahət düşərgəsini ziyarət etdi. Orada sakinlərdən müsahibə götürdü, bələdiyyə sənədlərini nəzərdən keçirdi və yerli kitabxanada müharibə dövrünə aid qəzet materiallarını sürətlərini götürdü. 1966-cı ildə Zinn "Tarixin Siyasəti" (The Politics of History) kitabında araşdırma apararaq geniş məlumat verdiyi Ruayana qayıtdı. Ruayanda Zinn öyrəndi ki, özünün də iştirak etdiyi havadan bombalama əməliyyatı zamanı mindən çox siravi fransız və Ruayan yaxınlığında müharibənin bitməsini gözləyən bəzi alman əsgərlərinin ölümünə səbəb olub. "Bütün hesabatlar"da təsvir edilən bu hadisəni o, bu kiçik, amma qədim şəhərdə baş vermiş hadisəni "une trgeque erreur" (faciəvi səhv) kimi qiymətləndirdi. "Tarixin Siyasəti" kitabında Zinn bombardman əmrlərinin Avropada müharibənin bitməyindən üç həftə əvvəl hərbçilər tərəfindən hərbi məqsədlərdən çox öz karyeralarının inkişafı və motivasiyası üçün necə verildiyini təsvir edir.
Təhsili "Əsgərlərin Yenidən Nizamlanması Qanunu"na (Servicemen's Readjustment Act) müvafiq olaraq Zinn İkinci dünya müharibəsindən sonra Nyu York Universitetinə daxil oldu və 1951-ci ildə bu universitetdən bakalavr pilləsi üzrə məzun oldu. 1952-ci ildə Kolumbiya Universitetində magistratura təhsili aldıqdan sonra 1958-ci ildə həmin universitetdə doktorluq müdafiə etdi. Onun magistratura təhsili aldığı zamanki elmi işinin mövzusu Ludlow Qətliamı kimi tanınan "1914-cü il Kolorado kömür mədənçilərinin tətili" idi. Onun doktorluq dissertasiya mövzusu isə 1923–1933 illərdə Nümayəndələr Palatası üzvü olmuş Fiorello LaGuardia’nın konqressdəki fəaliyyətini tədqiq edən "LaGuardia in Congress" (LaGuardia Konqresdə) olmuşdur. LaGuardia nümayəndə olduğu dövrdə ictimai güc, tətil hüququ, vergi qoymaq ilə sərvətin yenidən bölüşdürülməsi üçün mübarizə aparmışdır. "LaGuardia in Congress" Amerika Tarix Assossasiyası (American Historical Association) tərəfindən ingilis dilində yazılmış ən yaxşı Amerikan Tarixi nominasiyası üzrə Beveridge mükafatına layiq görülmüşdür. Kolumbiya Universitetində Zinnə Harry Carman, Henry Steele Commager və David Donald kimi tarixçi professorlar dərs demişdir. Amma kolumbiyalı tarixçi Richard Hofstadterin yazdığı "Amerika Siyasi Ənənəsi" (The American Political Tradition) kitabı Zinni ən çox təsirləndirən əsər olmuşdur. Zinn bu kitabı həmişə özünün "tövsiyə kitablar" siyahısına əlavə edirdi və Barak Obama Amerika Birləşmiş Ştatları prezidenti seçiləndə Zinn yazırdı: "Əgər Richard Hofstadter "Amerika Siyasi Ənənəsi" kitabına əlavə etsəydi, həm "mühafizəkar", həm də "liberal" prezidentlərin (Demokratlar və Respublikaçılar Partiyasından) olduğunu müşahidə edəcəkdi və Amerikan siyasi sisteminin ən əsas iki xüsusiyyətini – milliyyətçilik və kapitalizm – qorumaq üçün Obama bu sistemə tam uyğun bir modeldir"["What next for struggle in the Obama era?" The Socialist Worker November 5, 2008, Issue 684].
Sonrakı həyatı 1960–1961-ci illərdə Zinn Harvard Universitetində Şərqi Asiya üzrə tədqiqat apardı. Zinn 1956–1963-cü illərdə Atlantada Spelman kollecində tarix professoru və eyni zamanda Paris və Bolonya universitetlərində qonaq professoru işləmişdir. Cənubda vətəndaş hüquqları hərəkatında iştirak etdikdən və 2 kitab yazdıqdan sonra 1964-cü ildə Zinn Boston Universitetində ona təklif olunan vəzifəni qəbul etdi. Onun "vətəndaş azadlıqları sinfi" universitetdə digər siniflər arasında ən məşhuru idi. Belə ki, hər semestr tələb olunmayan fənn olunmasına baxmayaraq təxminən 400 tələbə bu sinifdə Zinndən dərs almaq üçün qeydiyyatdan keçirdi. Siyasi elmlər üzrə Boston Universitetində 24 il dərs deyən Zinn 1988-ci ildə təqaüdə çıxdı. Boston Universitetində jurnalistika üzrə professor olan Caryl Rivers Zinn haqqında deyirdi: "Onun məzlumlar üçün dərin ədalət hissi var, amma o həmişə öz zarafat qabiliyyətini qoruyur. O, xoşbəxt bir döyüşçüdür". Zinn və Rivers hər ikisi 1979-cu ildə Boston Universitetinin işçilərinin tətilini dəstəkləmiş və hətta bu dəstəklərinə görə universitetdən qovulmaqla təhdid olunmuşdular.
Zinn inanırdı ki, ümumilikdə ənənəvi tarix kitablarında ifadə azadlığı məhduddur. O, Amerikan tarixinə yeni nöqteyi-nəzər gətirmək və gələcəkdəki bu tip kitabları dəstəkləmək üçün "Amerika Birləşmiş Ştatları Xalqlar Tarixi"ni yazdı. Bu kitab yerli amerikalıların, hinduların, gəlmə avropalılarla arasındakı münaqişəni, ABŞ-nin işğallarını və təcavüzlərini, qulların quldarlığa, fəhlələrin və həmkarlar ittifaqları üzvlərinin kapitalizmə, qadınların patriarxallığa və afroamerikalıların vətəndaş hüquqlarını əldə etmək üçün hökumətə və irqçilərə qarşı olan hərəkətlərini təsvir edir. Kitab 1981-ci ildə Milli Kitab Mükafatı (National Book Award) finalçısı olmuşdur[The National Book Awards Winners & Finalists. Retrieved 2010–03–09.].
"Amerika Birləşmiş Ştatları Xalqlar Tarixi"nin nəşr olunduğu 1980-ci ildən bəri bu kitab bir çox məktəblərdə və kolleclərdə dərslik vəsaiti kimi istifadə olunmağa başladı və tənqidi pedoqoqikaya aid ən geniş yayılmış nümunəyə çevrildi. 2006-cı ildə The New York Times Book Review’nun verdiyi məlumata görə kitab hər il davamlı olaraq 100 000 nüsxədən çox satılır"Backlist to the Future" by Rachel Donadio, July 30, 2006.
2004-cü ildə Zinn Anthony Arnove ilə birgə "Voices of a People’s History of the United States" (Amerika Birləşmiş Ştatları Xalqlar Tarixinin Səsi) kitabını nəşr etdirdi. Bu kitabda insanların özlərinin "Xalqlar Tarixi" adlandırdığı nitqlər, məqalələr, esselər, şerlər və mahnı sözləri cəmlənmişdi.
2008-ci ildə Zinn Təhsil Layihəsi (Zinn Education Project) çərçivəsində məktəblərin orta və yuxarı siniflərində "Amerika Birləşmiş Ştatları Xalqlar Tarixi"ndən dərslik kimi istifadə edilməsi üçün müəllimləri dəstəkləmək missiyası həyata keçirildi. Bu layihə Zinn’in keçmiş bir tələbəsinin öz müəlliminin bu kitabının ölkə miqyasında bütün məktəblərdə tədris olunmasını istəməsi və buna görə də başqa iki təşkilatı da bu layihəyə dəstək verməsi üçün maliyyələşdirməsi ilə başladı. Layihə çərçivəsində sayt yaradıldı və bu saytda pulsuz olaraq 100-dən çox hissəyə bölünmüş formada "Amerika Birləşmiş Ştatları Xalqlar Tarixi" kitabını yükləmək mümkündür.
Vətəndaş Hüquqları Hərəkatı 1956-cı ildən 1963-cü ilə kimi Zinn Spelman Kollecində Tarix və Sosial Elmlər Departamentinin sədri vəzifəsini icra etmiş və bu dövrdə o, tarixçi Avqust Meyer’"Biography of August Meier". Oah.org. Retrieved 2010–01–28 in lobbiçilik etdiyi Vətəndaş Hüquqları Hərəkatında da iştirak etmişdir. Spelman Kollecində işlədiyi müddətdə Zinn "Zorakılığa Qarşı Tələbə Əlaqələndirmə Komitəsi"ndə (Student Nonviolent Coordinating Committee – SNCC)Carol Polsgrove, Divided Minds: Intellectuals and the Civil Rights Movement (2001), pp. 115, 196; "In Memory: Howard Zinn and the Civil Rights Movement," Carol Polsgrove on Writers' Lives məsləhətçi vəzifəsini icra etdi və SNCC’nın oturma aksiyaları və digər tədbirləri barədə The Nation və Harper’s jurnallarına məqalələr yazdı. 1964-cü ildə Beacon Press onun yeni kitabı olan "SNCC: The New Abolitionists"i (ZQTƏK: Yeni Abolisionist) nəşr etdirdiCarol Polsgrove, Divided Minds, p. 238. Baxmayaraq ki, Zinn nüfuzlu professor idi, 1963-cü ildə tələbələri ilə ayrı-seçkiliyə qarşı mübarizədə tərəfdaşlıq etdiyi üçün işdən çıxarıldı. Corciya ştatında yaşadığı müddətdə Zinn yazırdı ki, o ifadə azadlığı, sərbəst toplaşma azadlığı və qanun qarşısında bərabər müdafiə hüququnun da daxil olduğu Amerika Birləşmiş Ştatları Konstitusiyasına edilən Birinci və On Dördüncü düzəlişin pozulmasına dair Corciyanın Albany şəhərində 30 fakt aşkarlayıb. Albanydəki vətəndaş hüquqları hərəkatı barəsində yazdığı məqaləsində Zinn ayrı-seçkiliyə son qoymaq üçün mübarizə aparan Azadlıq Yolçularını və prezident Con Kennedinin qanunların icrasındakı istəksizliyini təsvir edirdi. Həmçinin Zinn Con Kennedi rəhbərliyi altındakı Ədalət Departamentinin və J. Edgard Hooverin başçılıq etdiyi Federal Təhqiqatlar Bürosunun vətəndaş hüquqları fəallarına qarşı edilən zorakılıq aktları barəsində demək olar ki, heç bir şey etmədiklərini də vurğulayırdı. Zinn vətəndaş hüquqları hərəkatındakı qarşıdurmalar barəsində həm iştirakçı, həm də tarixçi olaraq yazırdıLibrary of America. Retrieved 2010–01–28. 1964-cü ildə onun ikinci kitabı olan "The Southern Mystique" nəşr olundu. Spelman Kollecindən qovulduqdan qırx bir il sonra, 2005-ci ildə Zinn Spelman’a "Humane Letters" fəxri doktorluğu verilməsi üçün dəvət edildi və oradakı "Məyusluğa Qarşı" başlığı altındakı nitqində Zinn dedi:
'"Tarix dərsi sənə öyrədir ki, sən ümidsizliyə düşməməlisən, əgər sən haqlısansa və inadla öz yolunda davam edirsənsə dəyişikliyə nail olacaqsan. Hökumət xalqı aldatmağa cəhd edə bilər, qəzetlər və televiziya kanalları da eyni şeyi təkrarlaya bilər, amma həqiqət mütləq aşkara çıxacaqdır. Bir həqiqət yüz yalandan daha çox güclüdür".
Siyasi ideologiyası Zinn özünü "bir az anarxist, bir az da sosialist, bəlkə də demokratik sosialist" kimi xarakterizə edir. O sosializmə onun məşhur və müsbət bir ideya kimi bütün tarixi boyu baxmağı təklif edir. Çünki sosializmin Sovet kommunizmi ilə bağlı pis bir əlaqəsi var. 2009-cu ildə Madison, Viskonsində Zinn dedi: