MTV Azerbaijan və yaxud MTV Azərbaycan — Azərbaycanda fəaliyyət göstərən ixtisaslaşmış musiqi kanalı. Nominativ oxşarlığa rəğmən, ABŞ-nin məşhur "MTV" telekanalı ilə heç bir əlaqəsi olmayıb.
Tarixçə Azərbaycan incəsənətinin təbliğatı sahəsində yeni imkanlar açan telekanal "Muz TV Azərbaycan" adıyla 2012-ci ilin may ayının 11-də "muz-tv.az" saytı vasitəsilə yayıma başlayıb. Telekanal yayıma başladığı ilk gündən tamaşaçıya dünya musiqi xəzinəsinin incilərini təqdim edir. Özünəməxsus layihələrin, eksklüziv kliplərin, ayrı–ayrı proqramlar və reportajlar kanalın əsas prioritetidir. 5 ildən artıq internet vasitəsilə yayımlanmış telekanala 2017-ci ildə MTRŞ tərəfindən peyk yayımı üçün lisenziya verilib. 2018-ci ilin noyabr ayının 15-dən telekanal "MTV Azerbaijan" adıyla fəaliyyət göstərir. Həmçinin, həmin tarixdə kanalın loqosunda, arakəsmələrində, qrafikasında və qismən formatında dəyişiklik edilib.
2020-ci ildə telekanalın qərargahı Rahib Məmmədov küçəsi № 17 ünvanından Tbilisi prospektinə köçürülüb.
2022-ci il iyunun 3-dən "MTV Azerbaijan"ın loqosunda, arakəsmələrində və qrafikasında daha bir dəfə dəyişiklik edilib.
Proqramlar MTV Xəbər 3 canlı Ulduzun vaxtı Film kimi musiqilər Ötən hitlər Azəri klassik Top-20 Axşamdan axşama
Xarici keçidlər MTV Azerbaijan | Facebook MTV Azerbaijan | YouTube MTV Azerbaijan | Instagram MTV Azerbaijan | Canlı
İstinadlar
Kateqoriya:Azərbaycan televiziya kanalları Kateqoriya:Azərbaycan dilində televiziya kanalları