Peşəkar Futbol Liqası (PFL) — Azərbaycanda Misli Premyer Liqası, Azərbaycan Kuboku, I Liqa, II Liqa və Əvəzedicilər liqası yarışlarının keçirilməsinə cavabdeh olan qurum. 2 iyul 2008-ci ildə yaradılıb.
Tarixi PFL-in yaradılması ilə bağlı toplantı 13 iyun 2008-ci ildə AFFA-nın inzibati binasında keçirilib. Həmin toplantıda o zaman Neftçinin vitse-prezidenti olan Ramin Musayev liqanın prezidenti seçilib. Bu, Azərbaycanda yaradılan ikinci Peşəkar Futbol Liqası idi: əvvəlki PFL fəaliyyətini dayandırmışdı. Ramin Musayev 29 iyul 2022-ci ildə vəzifəsindən istefa vermişdir. Həmin gün keçirilən iclasda Elxan Səmədov növbəti dövr üçün qurumun prezidenti seçilmişdir.
Rəhbərlik PFL-in rəsmi saytında rəhbərlik aşağıdakı kimi göstərilir: Prezident — Elxan Səmədov Vitse-prezident — Aslan Şahgəldiyev İcraçı direktor — Zaur Hacı-Məhərrəmov Texniki-idman direktoru — Elgiz Abbasov Media və marketinq direktoru — Sənan Abdullayev
İstinadlar
Xarici keçidlər Rəsmi saytı Rəsmi Facebook səhifəsi Rəsmi Instagram hesabı Rəsmi X (Twitter) hesabı
Kateqoriya:Azərbaycanın futbol təşkilatları Kateqoriya:2008-ci ildə Azərbaycanda yarananlar Kateqoriya:Azərbaycan Peşəkar Futbol Liqası