Nokia Lumia 710 — Nokia şirkəti tərəfindən istehsal olunan mobil telefon.

Xarakteristikası

Smartfonun proqram platforması Windows Phone-dur. Aparatın prosessoru 1.4 QHz takt tezlikli ARM Cortex A8 prosessorudur. Əməli yaddaş tutumu 512 MB, inteqrasiya edilmiş fləş modulun tutumu 8 GB-dır. Sensor ekranın diaqonalı 3.7 düym təşkil edir, kəskinlik 480×800 nöqtədir. 720p formatında yüksək dəqiqlikli videoyazma imkanı verən 5 meqapikselli kamera ilə təchiz olunmuşdur. Smartfonun ölçüləri 119×62,4×12,5 millimetr, çəkisi 125 qramdır.

İstinadlar

Xarici keçidlər

Nokia Lumia 710 Əsas xüsusiyyətlər

Kateqoriya:2011-ci ildə yarananlar Kateqoriya:Nokia smartfonları Kateqoriya:Videotelefoniya Kateqoriya:2011-ci ildə tanıdılanlar