Çalıquşu — Rəşad Nuri Güntəkinin romanı. İlk dəfə 1922-ci ildə nəşr olunmuşdur.
Məzmun Romanda əsərin qəhrəmanı Fəridənin — Çalıquşu simasında çətin və məşəqqətli həyat tərzinə baxmayaraq, öz məhəbbətinə sədaqət hissini qoruyub saxlayan əsil türk qızının obrazı bədii ustalıqla qələmə alınmışdır. Roman müəllifin, demək olar ki, ədəbi taleyini həll edir. Orta fransız dini məktəbini yenicə bitirmiş bir qızın dilindən, gündəlik şəklində verilmiş bu roman Azərbaycanda ən çox sevilən əsərlərdən biridir.
Tərcümə və nəşr Roman Azərbaycan dilinə Xalid Səid tərəfindən tərcümə edilərək, 1929-cu ildə Bakıda, qısaldılmış versiya ilə Azərnəşrdə çap olunmuşdur. Romanın ən geniş yayılmış tərcüməsi isə yazıçı Mikayıl Rzaquluzadəyə aiddir. M.Rzaquluzadənin tərcüməsi "Uşaqgəncnəşr" tərəfindən 1959-cu ildə 416 səhifədə, "İşıq" nəşriyyatı tərəfindən 1987-ci ildə, Şərq-Qərb nəşriyyatı tərəfindən 2006-cı ildə 376 səhifədəRəşad Nuri Güntəkin. Çalıquşu Mətn : [roman] /R. N. Güntəkin; tərcümə edən və ön sözün müəllifi: M. Rzaquluzadə.- B.: Şərq-Qərb, 2006.- 376 s., Bakı Kitab Klubu tərəfindən 2014 və 2017-ci illərdə Bakıda 400 səhifədə 50 tirajla çap edilmişdir.
Ekranlaşdırılması 1966. Çalıquşu (film, 1966) — Fəridə — Türkan Şoray 1986. Çalıquşu (teleserial, 1986) — Fəridə — Aydan Şənər 2013. Çalıquşu (teleserial, 2013) — Fəridə — Fəxriyyə Evcən
İstinadlar
Xarici keçidlər Rəşad Nuri Güntəkin. Çalıquşu Mətn: [roman] /R. N. Güntəkin; tərcümə edən və ön sözün müəllifi: M. Rzaquluzadə.- B.: Şərq-Qərb, 2006.- 376 s.
Kateqoriya:1922-ci ilin romanları