Məsud xan Mirzə Mütəllib xan oğlu Keyhan () — İran Kazak diviziyasının polkovniki, İranın hərbi naziri.

Həyatı Məsud xan Mirzə Mütəllib xan oğlu 1886-cı ildə Tehran şəhərində anadan olmuşdu. Orta təhsilini doğma şəhərlərində almışdı. Sonra Avropaya yollanmış, yüksək hərbi təhsilə yiyələnmişdi. Vətənə döndükdən sonra İran Kazak diviziyasında hərbi xidmətə başlamışdı. Polkovnik rütbəsinədək ucalmışdı. 1917-ci ildən sonra briqadanın komandiri olmuşdu. 21 fevral 1921-ci ildə, baş nazir Seyid Ziyaəddin Təbatəbainin sərəncamı ilə İranın hərbi naziri təyin olunur. Bu dövrdən sonra dostu Rza xan Sipəhlə arası dəyir. Rza xanın təsiri ilə nazirlikdən istefa edir.

Məsud xan Keyhan coğrafiyaşünas alim idi. İran coğrafiyasına aid bir neçə kitabın müəllifidir.

Məsud xan Keyhan 1961-ci ildə vəfat edir.

Mənbə Kuruş Qəni: İran Rza şah dönəmində. I. B. Təbriz, 2000, S. 202.

Həmçinin bax İran Kazak diviziyası

Kateqoriya:İran hərbçiləri Kateqoriya:İran müdafiə nazirləri Kateqoriya:Tehranda doğulanlar