Mayor Rafailoviç Brenner () — Azərbaycan pianoçusu, pedaqoq, Azərbaycan SSR xalq artisti (1968).
Həyatı Mayor Rafailoviç Brenner -ci ildə Yekaterinoslavda (hazırkı Dnepr) anadan olmuşdur. Brennerin uşaqlıq illəri Yekateroslavda keçib. Musiqiçi ailəsində doğulduğu üçün ilk dərslərini peşəkar pianoçu olan atasından alıb. Yekaterinoslav Musiqi Kollecində S. D. Xramovun sinfində dərs alan Brenner eyni zamanda müşayiətçi kimi çalışıb və fortepiano dərsləri verib. Texnikumda oxuduğu müddətdə (1921–1925) Brenner dəfələrlə solo proqramlarla çıxış etmiş, onun repertuarına Çaykovskinin və Rimski-Korsakovun fortepiano konsertləri də daxil olmuşdur.
Peterburq konservatoriyasını bitirmiş (1930), Peterburq filarmoniyasının solisti olmuşdur (1930–1935). 1935-ci ildə Hacıbəyov onu şəxsən Azərbaycan Dövlət Konservatoriyasına dəvət etmiş və Brenner ömrünün sonunadək burada dərs demişdir. Azərbaycanda pianoçu kadrların (F. Bədəlbəyli, F. Quliyeva, N. Usubova və b.) yetişdirilməsində, ifaçılıq mədəniyyətinin inkişafında böyük rolu olmuşdur.
Təltif və mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı — 25 iyun 1968 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 24 may 1960
İstinadlar
Ədəbiyyat
Kateqoriya:SSRİ pianoçuları Kateqoriya:Azərbaycan pianoçuları Kateqoriya:Azərbaycan yəhudiləri Kateqoriya:Bakı Musiqi Akademiyasının müəllimləri Kateqoriya:SSRİ-nin musiqi pedaqoqları Kateqoriya:Azərbaycan musiqi pedaqoqları Kateqoriya:SSRİ klassik musiqiçiləri Kateqoriya:XX əsr pianoçuları