"Günortadan sonra məhəbbət" () — rejissor Billi Uaylderin filmi.
Məzmun
Cazibədar gənc qız, Ariana Şavess gələcək violonçel ifaçısı kimi konservatoriyada təhsil alır. O, şəxsi xəfiyyə olan atası Klodla birlikdə yaşayır. Klod bir-birinə xəyanət edən ər-arvadları izləməklə özünə çörəkpulu qazanır. Bu dəfə onun köhnə marağının hədəfi Amerika pleyboyu Frenk Flenneqandır.
Müştərilərdən biri arvadı ilə Flenneqanın eşq macərasından xəbər tutur və ona atəş açmaq qərarına gəlir. O, Flenneqanın öz məşuqələrilə görüşdüyü "Ris" otelinə daxil olur. Lakin orada arvadının əvəzinə "milyonçu" Ariananı tapır. Evdə atasının söhbətlərinə qulaq asan Ariana Frenkə qabaqcadan xəbərdarlıq edir və onu ölümdən qurtarır.
Bir ildən sonra tale Frenklə Ariananı Parisdə yenidən qarşılaşdırır. Frenkdə qısqanclıq doğurmaq üçün Ariana üzünə bədbəxt qadın maskası taxır. O, Frenkə tanınmış və varlı kişilərlə olan çoxsaylı sevgi macəralarından danışır. Əslində isə, o, Ariananın aşiq olduğu ilk şəxsdir. Artıq Frenk ümidsizliyə düçar olub. Ariana ona adını belə demədən çıxıb gedir.
Onu son dərəcə maraqlandıran bu qız haqqında həqiqəti öyrənmək üçün Frenk qarşısına çıxan ilk şəxsi xəfiyyədən kömək istəyir. Bu qızın atası Klod Şavess olur...
Film haqqında
Film Klod Anenin "Rus qızı Ariana" əsəri əsasında çəkilmişdir.
Filmin heyəti
Film üzərində işləyənlər
Əsərin müəllifi : Klod Ane Ssenari müəllifləri : Billi Uaylder, İ.A.L. Daymond Rejissor : Billi Uaylder Operator : Uilyam Mellor Rəssam : Aleksandr Trauner Bəstəkar : Frans Vaksman Prodüser : Billi Uaylder Rejissor assistenti : Pol Feyder Montaj : Leonid Azar
Rollarda
Qeri Kuper – Frenk Flenneqan Odri Hepbern – Arianna Şavess Moris Şevalye – Klod Şavess Con Makqiver – cənab X Van Duad – Mişel Liza Burden – xanım X Olqa Valeri
İstinadlar
Mənbə Audrey Hepburn, Love in the Afternoon al caffè del Bois de Boulogne
Xarici keçidlər
Kateqoriya:Bədii filmlər Kateqoriya:Komediya filmləri Kateqoriya:Melodram filmləri Kateqoriya:ABŞ-nin komediya filmləri Kateqoriya:Ağ-qara filmlər Kateqoriya:Ədəbi əsərlərin ekranlaşdırılması Kateqoriya:Billi Uaylderin filmləri Kateqoriya:1957-ci ilin filmləri Kateqoriya:Paris haqqında filmlər Kateqoriya:Hoteldə çəkilmiş filmlər Kateqoriya:ABŞ-nin ağ-qara filmləri Kateqoriya:United Artists filmləri Kateqoriya:İngiliscə filmlər Kateqoriya:ABŞ-nin romantik komediya filmləri Kateqoriya:İngiliscə romantik komediya filmləri Kateqoriya:Ata-qız münasibətlərindən bəhs edən filmlər Kateqoriya:Romanlara əsaslanan filmlər Kateqoriya:Fransız romanlarının ekranlaşdırılması Kateqoriya:Film remeykləri Kateqoriya:Fransada çəkilən filmlər