Bozun Əlli Çaları () — Britaniyalı yazıçı E. L. Ceymsin (əsl adı Erika Leonarddır) trilogiyasından birinci kitabdır. Son illərin ən oxunan erotik romanı. Hazırda dünyanın bir çox ölkələrində satış rekordları qıran bu əsəri bir çox tənqidçilər "analar üçün porno" adlandırıblar.
Qısa məzmunu Erotik məzmunlu "Bozun Əlli Çaları" 22 yaşlı universitet məzunu Anasteyşa Stilin hekayətidir. Təsadüfən 27 yaşlı biznes-maqnat Kristian Qreydən müsahibə almağa yollanan qız az sonra mürəkkəb intim münasibətlərə cəlb olunur. Bəyəndiyi yaraşıqlı kişini sadomazoxist meyillərdən uzaqlaşdırmağa çalışan Anasteyşa Stil tədricən onun seksual köləsinə çevrilir, lakin daha sonra normal eşq istəyi onu bu əsarətdən qurtulmağa sövq edir.
Filmoqrafiya 2015-ci ildə roman əsasında eyniadlı film çəkildi.Fifty Shades of Grey. İstifadə tarixi: 9 iyul 2026. "Bozun əlli çaları" filmi $569 milyon gəlir ilə 2015-ci ilin ən gəlirli dördüncü filmi oldu.
Həmçinin bax
Azadlığın əlli çaları
İstinadlar
Xarici keçidlər Yazıçının rəsmi saytı
Kateqoriya:50 çalar trilogiyası Kateqoriya:2011-ci ilin romanları Kateqoriya:İngilis dilində romanlar Kateqoriya:Sevgi romanları Kateqoriya:50 çalar Kateqoriya:Romanlara əsaslanan filmlər Kateqoriya:Filmlərə adaptasiya olunmuş Böyük Britaniya romanları Kateqoriya:Debüt romanları Kateqoriya:BDSM