Abdullayeva Vəlihə Böyükağa qızı () — Salyan Rayon İcra Hakimiyyətinin başçısı (1998–2001).

Həyatı Vəlihə Abdullayeva 1971-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu və 1987-ci ildə isə Bakı Ali Partiya Məktəbini bitirmişdir. 1971-ci ildən Salyan Rayon Maliyyə şöbəsində, Salyan Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsində, Salyan Rayon İcra Hakimiyyəti aparatında müxtəlif vəzifələrdə çalışmış, 1997-ci ildən Salyan Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini yerinə yetirmiş, 1998–2001-ci illərdə Salyan Rayon İcra Hakimiyyətinin başçısı işləmişdir.

1 yanvar 2024-cü il tarixində vəfat edib.

İstinadlar

Kateqoriya:Salyan Rayon İcra Hakimiyyətinin başçıları