Xasexemui () — Misirin ikinci sülaləsinin sonuncu fironu.

Onun haqqında çoxlu məlumat qalmasa da, bilinir ki o, bir neçə əhəmiyyətli hərbi yürüşə rəhbərlik edib və Şunet Əl-Zəbib adlı palçıq kərpicdən hazırlanmış qalanın tikintisini təşkil edib.

Onun hor adı "Ḫꜥj-şm.vj" idi və tərcümədə adın mənasını "Əzamətli iki nəfər peydə olur" kimi qələmə vermək olar,Peter Clayton, Chronicle of the Pharaohs, Thames and Hudson Ltd, 2006 paperback, p. 26 lakin bu adın digər versiyalarına da rast gəlmək mümkündür: "Ḥr-Ḫꜥj-şm" (Horus, o, hansınınki gücü peydə olur), "ḫꜥj sḫm.wj ḥtp nṯrwj jm=f" (iki qüvvə əcdadlarının onda dinclik tapmasında özünü göstərir) və s.Jürgen von Beckerath, Handbuch der ägyptischen Königsnamen (1999). O, həmçinin doğuluşdan sonra ona verilən "Bebti" (ki bu da Hor tanrının digər adlarından biridir) ənənəvi adı ilə və "Çeneres" (Manefona əsasən) yunanlaşdirilmiş adı ilə də tanınır.

Qeydlər

İstinadlar

Kateqoriya:İkinci sülalənin fironları