"Böyük ümidlər" () — meksikalı rejissor Alfonso Kuaronun amerikan melodram janrında film. 1998-ci ildə ekranizasiya olmuşdur.

Süjet 10 yaşında olarkən Finnegan Bell, Nora Dinmor adlı qoca ərə getməmiş bir qadının yanında qalır. Hələ cavanlıqda, onun sevgilisi toy mərasimində onu ataraq qaçmışdı. Bunun üçün Nora həyatının əsas məqsədi — qohumu olan Estellaya kişiləri nifrət etməyi aşılamaqdır. Doğrusu Estella elə gözəldir ki, Finn ona aşiq olur və beləliklə də o da Noranın hiyləsinə keçir.

O vaxtdan bəri, Finn hər həftə ms Dinsmorun evinə gəlir və nəhayət bir gün Estella onunla gəzməyə çıxmağa razı olur. Lazımi yerdə görüşdükdən sonra, Estella ona xahiş edir ki, o öz evini ona göstərsin. O razı olur. Amma bədbəxtlikdən onlar evdə çox az müddət birgə qalırlar. Əsl ledi kimi, Estella Finneganla sağollaşır, səhərisi isə bilinir ki, o uzun müddətə Nyu Yorka təhsil almağa gedib. Finnin də bəxti gətirir — o da ABŞ-nin mədəni şəhərinə üz tutacaq və imkan olarsa o orada Estellanı tapacaq.

Rollarda İtan Houk … Finnegan Bell Qvinet Peltrou … Estella Henk Azaria … Walter Plane Kris Kuper … Joe Anne Bancroft … Bayan Dinsmoor Robert de Niro … Mahkum / Lustig Josh Mostel … Jerry Ragno Kim Dickens … Maggie Nell Campbell … Erica Thrall Gabriel Mann … Owen Jeremy James Kissner …10 yaşındaki Finnegan Raquel Beaudene … 10 yaşındaki Estella Stephen Spinella … Carter Macleish Marla Sucharetza … Ruth Shepard Isabelle Anderson … Lois Pope

Soundtrek Məhz bu film üçün Tori Amos Siren adlı mahnı yazmışdı. Bundan başqa, filmdə Pulp, Scott Weiland, Iggy Pop, Chris Cornell, The Verve Pipe və Duncan Sheik kimi məşhur musiqiçilərin də mahnıları səsləndirilib. Ancaq bütün bu musiqilər içərisidə, filmin simvol mahnısı — Mono qrupunun "Life in Mono" adlı treki idi.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:1998-ci ilin filmləri Kateqoriya:ABŞ filmləri Kateqoriya:ABŞ-nin dram filmləri Kateqoriya:Dram filmləri Kateqoriya:Melodram filmləri Kateqoriya:Alfonso Kuaronun filmləri Kateqoriya:İngiliscə filmlər Kateqoriya:Florida haqqında filmlər Kateqoriya:1998-ci ilin ABŞ filmləri Kateqoriya:ABŞ-nin romantik dram filmləri Kateqoriya:İngilis dilində romantik dram filmləri Kateqoriya:20th Century Fox filmləri Kateqoriya:Nyu-York haqqında filmlər Kateqoriya:Romanlara əsaslanan filmlər Kateqoriya:1990-cı illərin dram filmləri Kateqoriya:1990-cı illərin ABŞ filmləri Kateqoriya:1990-cı illərin ingilis dilli filmləri Kateqoriya:Patrik Doylun bəstəkarı olduğu filmlər Kateqoriya:Böyük Britaniya romanlarına əsaslanan filmlər Kateqoriya:Lonq-Aylend haqqında filmlər Kateqoriya:ABŞ-nin faciəvi komediya filmləri