"Adelin həyatı" (, hərfi tərcüməsi — "Adelin həyatı: I və II hissələr") — fransız rejissoru Abdellatif Keşişin dram janrında çəkdiyi filmdir. 2013-cü ildə ekranizasiya olmuşdur. Film Jüli Maronun "Mavi ən isti rəngdir" () adlı qrafik romanının əsasında çəkilib. Film 66-cı Kann kinofestivalında "Qızıl Palma Budağı"na layiq görülüb. Adelin həyatı Qızıl Palma budağının eyni anda həm rejissor, həm də aktrisalara təltif etdiyi yeganə filmdir. Seydu və Ekzarkopulos isə Ceyn Kempion istisna olmaqla bu mükafatı bütün tarix boyu qazanan yeganə qadın oyunçular hesab olunurlar.
Festivaldan sonra rejissor filmin prokat-montaj işləri üzərində çalışmışdı (Kannda filmin iş versiyası nümayiş etdirilmişdir). "Adelin həyatının" milli və beynəlxalq prokatı 2013-cü ilin payızında başlamışdı, Fransada box-office'in ilk xətti ilə başlayan filmi ilkhəftə sonunda 260 mindən çox insan izləmişdi. Bir çox tənqidçilər Adelin həyatını 2013-cü ilin ən yaxşı filmi elan etmişdi. Keşiş 3 saat davam edən kinoteatr versiyası ilə məhdudlaşmayaraq, filmin «final montajı» olacağını da elan etmişdi. Final montaj versiyası kinoteatrlarda nümayiş olunan filmdən uzundur və orijinal filmə təxminən daha 40 dəqiqə əlavə edilmişdir. Rejissor gələcəkdə filmin sikvel versiyasının da çəkiləcəyini istisna etməmişdi.
Məzmun
Film cinsi formalaşma, böyümə və ölümcül sevgi haqqındadır.
Birinci fəsil Adel (Adel Ekzarkopulos) — orta statistik fransız yuxarı sinif şagirdidir. O, Lill şəhərinin ətraf rayonlarının birində yaşayır və çətinliklə hər gün litseyə gedən avtobusa çatır. Məktəbdə Adel ədəbiyyat və dil fənləri ilə maraqlanır. Filmdə fransız ədəbiyyatı dərsində Pyer Marivonun "Mariannanın həyatı" adlı romanının müzakirəsi göstərilir. Kitab Adeldə güclü təəssürat yaradır.
Tənəffüs vaxtı həyətə yığışan Adelin rəfiqələri onun diqqətini Toma adlı yaraşıqlı oğlana yönəldirlər və yuxarı sinifdə oxuyan oğlanın Adelə simpatiyasının aydın şəkildə hiss olunduğunu bildirirlər. Adelin də oğlandan xoşu gəlir. Ertəsi səhər, Adel və Toma təsadüfən avtobusda rastlaşırlar və məktəbdən sonra görüşməyə razılaşırlar. Küçə ilə görüşə gedən Adelin diqqətini birdən yanından keçən və saçları mavi rəngdə olan bir qız cəlb edir. Adel Toma ilə kafedə görüşürlər, daha sonra isə onlar kinoteatra gedirlər və Toma burada Adeli öpür. Evə qayıdan Adelin ovqatı təlx olur. Çünki o başa düşür ki, hər nə qədər yaxşı oğlan olsa da, onunla Toma arasında daha az yaxınlıq var, nəinki mavi saçlı yad qız arasında.
Növbəti gün litseydə Adel rəfiqələrinin keçən gecə ilə bağlı sorğu-suallarından və Toma ilə təsadüfi görüşdən qaçmağa çalışır. Lakin Toma onun arxasınca qaçaraq ondan izahat tələb edir. Adel isə Tomanı öpür və daha sonra onunla cinsi əlaqə ilə məşğul olur. Bundan sonra Adel çaşqınlığa düşür və Tomanın əslində çox yaxşı oğlan olmasına baxmayaraq, onunla heç bir ortaq əlaqəsi olmadığını anlayır. O, Tomanı atır və diqqətini dağıtmaq üçün mavi dostu ilə gecə klubuna gedir və orada yenə mavi saçlı qızla görüşür. Qızın adı Emmadır (Lea Seydu) və o, İncəsənət Universitetinin tələbəsidir.
Növbəti günün səhəri, Emma Adeli məktəbin çıxışında gözləyir. Qızlar sahilboyunca gəzintiyə çıxırlar və özləri haqqında bir-birinə danışırlar. Xasiyyətcə az oxşasalar belə, qızların açıq-aydın bir-birindən xoşu gəlir. Adelin sinif yoldaşları Emmanı litseydə görən kimi öz emosiyalarını saxlaya bilmirlər. Qızların litseydə növbəti görüşü zamanı sinif yoldaşları aqressiv davranaraq, Adelin cinsi oriyentasiyası barədə müzakirə aparırlar və nəticədə bu çaxnaşmaya gətirib çıxarır.
Adel Emma ilə daha çox vaxt keçirir. Onlar artıq bir-birini ehtirasla istəyir. Qızlar bir-birinin valideynləri ilə görüşürlər, burada Adel Emmanın qız yoldaşı, Emma isə fəlsəfə imtahanına yardım göstərən bir dost qismində çıxış edir. Emma gözəl rəsm çəkir və Adel onun ilham mənbəyinə çevrilir.
Bir-birinə güclü istəyin və ehtirasın olmasına baxmayaraq, qızlar çox fərqlidir. Adelin dəqiq həyat planı mövcuddur və müəllim karyerasını müvəffəqiyyətlə həyata keçirir. Emma bir rəssam kimi özünü dərk etməyə çalışır, lakin bu daha çox səy tələb edir.
İkinci fəsil Hadisədən bir neçə il ötür. Emma bütövlüklə özünü yaradıcılığa həsr edir. Adel – uşaq bağçasında müəllimədir. Emma açıq şəkildə yaşayır, Adel isə Emma ilə olan münasibətləri gizlədir. Nəticədə, Adel Emmanın özgəninkiləşdirilməsindən yorularaq gizli şəkildə iş yoldaşı olan bir oğlan ilə görüşməyə başlayır. Bunu bilən Emma hirslənir və Adelin bütün etirazlarına baxmayaraq evdən qovur. Adel onun bağışlamasını istəyir və qapının arxasında duraraq izahat verməyə çalışır. Bu andan Adelin həyatı səhərlər işdə gülümsəməklə, axşamlar isə tənhalıqda gözyaşı tökməklə keçir. Onun Emmaya olan hissləri hətta üç il sonra belə dəyişmir.
Adel ilə Emma, nəhayət, kafedə görüşürlər. Ona olan sevgisini etiraf edir və qayıtması üçün xahiş edir. Emma gözyaşlarına hakim ola bilmir və Adelin artıq keçmiş bir hiss olduğunu bildirir. Adel keçmiş sevgilisinin tam olaraq şüurdan itməsini Emmanın sərgisində müşahiyət edir. Emmanın çəkdiyi rəsmlərdə artıq başqa qadın əks olunub, onun mavi paltarı isə yersiz görünür və Adeli artıq cəlb etmir. Gözyaşları içərisində Adel sərgini tərk edir.
Rollarda
Adel Ekzarkopulos – Adel Lea Seydu – Emma Katrin Sale – Adelin anası Orelien Rekuan – Adelin atası Ann Luare – Emmanın anası Benua Pilo – Emmanın atası Şandor Funtek – Valenten Alma Yodorovski – Beatris
Selim Keşyüş – Samir Jeremi Laört – Toma Mona Volravens – Liza Benjamin Siksu – Antuan Oreli Lemanso – Sabin Fenni Moren – Ameli Maeli Kabezon – Laetitia Stefan Merkoyrol – Yoaxim
İstehsalı right|thumb|170px|Jüli Maronun ilk dəfə 2010-cu ildə nəşr edilmiş "Mavi ən isti rəngdir" adlı qrafik romanı film üçün əsas mənbə olmuşdur.
İnkişaf
Rejissor və ssenari müəllifi Abdellatif Keşiş filmin süjetini daha da inkişaf etdirərək, özünün ikinci bədii filmi sayılan Sevgi oyunları və Şansa yönəltmişdi. O, oxunu rəsm sənətini və yazını güclü hiss edən müəllimlərlə görüşür və bu onda Fransız qadın müəllimlərinin karyerası və həyatı haqqda bəhs edəcək real film yaratmağa ilhamlandırır. Bununla belə, bu konsepsiya yalnız bir neçə il sonra yekunlaşmışdı. O zamanlar Keşiş təsadüfən Jüli Maronun iki qadının bir-birinə olan sevgisi barədə bəhs edən qrafik romanı ilə rastlaşır və o həmin an öz ssenarisini bu romanla birləşdirmək ideyasına gəlir.
Aktyor seçimi
2011-ci ilin sonunda Paris şəhərində Adele roluna ideal aktrisa tapmaq üçün kastinq elan edilmişdi. Direktor müavini Sofi Blanvillen ilk öncə Adel Ekzarkopulosu aşkar edir və daha sonra onu Abdellatif Keşişlə görüş təşkil edir. Ekzarkopulos iki ay ərzində cənab Keşiş ilə dinləmə, improvizasiya ssenarilərini, kafedə birlikdə oturarkən müxtəlif müzakirələri disskusiya etmələrini və Keşişin onu sakitcə seyr etməsini böyük coşğu ilə təsvir etmişdi. Yekun qərar Yeni ildən bir gün qabaq verilmişdi, bu vaxt Keşiş Adelə filmin baş rolunu təklif edir və daha sonralar intervyuların birində öz qərarını bu cür açıqlayır: "Mən Adeli pivə barına dəvət etmişdim. O barda limonlu piroq sifariş edir və onun piroqu necə yediyni gördükdə mən anladım ki, o həmin qadındır!". Digər tərəfdən, Lea Seydu filmin əsas çəkilişlərindən hələ 10 ay əvvəl Emma rolu üçün jüri tərəfindən seçilmişdi. Keşiş Seydunun gözəl xarakterini, səsini, zəkasını, güclü azadlıq hissini və xüsusən də onun qəlbində "ərəbsayağı nəsə olduğunu" qeyd etmişdi. O həmçinin əlavə etmişdir ki, Lea ilə görüşü zamanı onun cəmiyyətə və ətrafındakı dünyaya köklənəməsi həlledici məqamlardan biri idi. Keşiş şəxsən özünə çox bənzəyən Seydunun real sosial şüura malik olmasını da çox qiymətləndirmişdi. Indiewire-a verdiyi intervyuda, Seydu rəsmi çəkilişlərdən hələ 10 ay öncə Keşişlə görüşdüyünü, iki saat çəkən bu randevularda qadınlar və həyat haqqında söhbət etdiyini, filmdə daha realistik görünmək üçün əlavə rəssamlıq və heykəltəraşlıq dərsləri aldığını, incəsənət və fəlsəfə haqqında çoxlu ədəbiyyat oxuduğunu da bildirmişdi. 170px|thumb|right|Rejissor Abdellatif Keşiş 2013-cü ilin Kann Kino festivalında Çəkiliş
Başlanğıcda iki ay yarıma planlaşdırılan filmin çəkiliş işləri 4 milyon € büdcəsi ilə 2012-ci ilin mart ayından avqusta kimi uzadılmışdı. Eyni anda bu mövzu ilə əlaqədar yeddi yüz əlli gündəlik qəzet satışa buraxılmışdı"La Vie d'Adèle", la Palme de l'émotion – letemps.ch. Filmin çəkilişləri Lill, habelə Rube və Lieven şəhərlərində düzənlənmişdi.
Mübahisələr Filmin 2013-cü il Kann kinofestivalında premyerasından sonra, Fransa Audiovizual və Kinematoqrafiya Birliyi (Syndicat des professionnels de l'industrie de l'audiovisuel et du cinéma) heyətin üzləşdiyi çətinliklərə görə filmin çəkilmə şəraitini tənqid etmişdi. Bildirilirdi ki, çəkiliş heyətinin dediyinə görə, filmin istehsalı, "mənəvi təzyiq" mühitinin hökm sürdüyü "ağır" şəraitdə baş tutmuşdur Daha sonra tənqid filmdə çalışan işçilərin əmək haqqlarının pozulmasına dair ünvanlanmışdı. Texniki heyət direktor Abdellatif Keşişi təcavüzdə, ödənilməmiş iş saatlarında və əmək qanunlarının pozulmasında ittiham etmişdilərPolémique autour du tournage de la «Vie d’Adèle» , La Croix, 29 May 2013..
2013-cü ilin sentyabr ayında, iki əsas aktrisa Lea Seydu və Adel Ekzarkopulos da həmçinin, çəkiliş zamanı Keşişin davranışı haqqında şikayət etmişdilər. Onlar bu film təcrübəsini "dəhşətli" təsvir etmiş və onunla təkrar işləməyəcəklərini bildirmişdilər. Ekzarkopulos sonradan onların narazılığı barədə bu cür bildirmişdi: "Xeyr, bu real idi. Lakin bu göründüyü qədər də böyük deyildi. Mənim üçün bir çəkiliş bir insan macərasına bərabərdir və hər macəra siz bəzi münaqişələrə sövq edir." 2014-cü ilin yanvar ayında verdiyi müsahibədə, Seydu problemə aydınlıq qətirdi: "Mən hələ də bu filmdən çox razıyam. Filmin çəkilişləri bir sıra çətinkilərlə müşahiyət olunurdu və insanlar elə düşünürdülər ki, mən məhz filmin korlandığına görə şikayət edirəm, ancaq bu əslində belə deyil. Mən sadəcə filmin gəliz olduğunu söyləmişdim. Həqiqət budur ki, o çox ağır idi, lakin başqa məsələlərdə hər şey yaxşıdır. Mən əslində özümü sınaqdan keçirməkdən çox məmnunam. Həyat filmdən daha çətindir. O çox vicdanlı direktordu və mən onun filmini sevirəm. Mən həqiqətən, bir rejissor kimi onu sevirəm. Deməli o bizə necə yanaşır? O bəzən məni danlayır, ancaq nə olsun ki!".
2013-cü ilin sentyabr ayında verdiyi müsahibədə, rejissor Abdellatif Keşiş filmin hələlik buraxılmayacağını bildirmişdi. Fransız jurnalı "Téléram"a müsahibə verərkən, Keşiş mənfi mətbuata istinad edərək, onların filmi ləkələdiyini və məhz buna görə onun artıq nümayişinin lazımsızlığı barədə düşündüyünü bildirmişdi.
Mövzu və interpretasiya thumb|upright=0.7|left|İspaniyalı rəssam Pablo Pikassonun adı filmdə bir neçə dəfə qeyd olunur. Filmin təqdimatından sonra, onun bəhs etdiyi mövzu ətrafında analitik müzakirələr artmışdır. Tənqidçilər və auditoriya tərəfindən qeyd olunan təkrarlanan tematik element, yəni sosial sinif bölgüsü və iki mərkəzi simvol olan Adel və Emmanın arasında baş verən azadlıq və sevgi hissləri geniş araşdırılmışdı.
Adel və Emmanın ailələri arasında əsas fərqlərdən biri də odur ki, Emmanın ailəsi onların lezbiyan əlaqələri haqqında məlumatlıdır, lakin Adelin konservativ valideynləri düşünürlər ki, qızlar sadəcə rəfiqədirlər; bəzi tənqidçilər isə qeyd edirlər ki, sosial təbəqələr arasındakı fərqlər Keşiş yaradıcılığının daimi mövzularından biridir: "Keşişin əvvəlki işlərində sosial təbəqələr və bölünmələr əsas əhəmiyyətə malik açar xüsusiyyəti daşıyır; o, hətta hekayənin ehtiraslı protoqonist obrazı olan Klementinanın (fr.Clémentine) adını ona görə dəyişir ki, ərəb dilindən tərcümədə bu ad "ədalət" mənasını verir. Film tənqidçilərdən biri öz yazııarında qeyd etmişdi ki, Adelin burada ədəbiyyata və oxumağa olan incə və ehtiramlı davranışı, onun heyranlıqla pedaqogika dünyası ilə tanışlığı filmin digər görkəmli xüsusiyyətlərindən biri sayılır.