"Qoca və dəniz" () — yazıçı Ernest Heminqueyin eyniadlı povesti əsasında rejissor Con Störcesin filmi.

Məzmun Artıq ardıcıl olaraq 84 gündür ki, qoca balıqçı hər səhər dənizə çıxır və əliboş geri qayıdır. Əvvəllər ona balaca oğlan kömək edirdi. Lakin indi atası onu daha şanslı balıqçının yanına getməyə məcbur edib. Buna baxmayaraq, qoca bir gün bu uğursuzluğun başa çatacağına inanmağa davam edir. Nəhayət, 85-ci gün o, həmişəkindən daha uzağa üzür və tezliklə onun tilovuna nəhəng balıq düşür…

Film haqqında Filmin rejissorluğunda Con Störceslə yanaşı, Fred Sinnemann və Henri Kinqin də müəyyən iştirakı olsa da, onların adı titrlərdə göstərilməyib.

Mükafatlar və nominasiyalar

Mükafatlar

1958-ci ilin ABŞ Kinotənqidçilərinin Milli Şurasının mükafatı: Ən yaxşı film Ən yaxşı aktyor – Spenser Treysi

1959-cu ilin "Oskar" mükafatı: Ən yaxşı musiqiyə görə – Dmitri Tyomkin

Nominasiyalar

1959-cu ilin "Oskar" mükafatı: Ən yaxşı kişi roluna görə – Spenser Treysi Ən yaxşı operator işinə görə – Ceyms Vonq Hou

1959-cu ilin "Qızıl Qlobus" mükafatı: Ən yaxşı dram aktyoru – Spenser Treysi

Filmin heyəti

Film üzərində işləyənlər Əsərin müəllifi : Ernest Heminquey Ssenari müəllifi : Piter Virtel Rejissor : Con Störces Operator : Ceyms Vonq Hou Rəssamlar : Art Loel, Edvard Karrer Bəstəkar : Dmitri Tyomkin Prodüser : Liland Heyuord İkinci operatorlar : Floyd Krosbi, Tom Tatviler Sualtı çəkilişlərin operatoru : Lamar Boren Montaj : Artur P. Şmidt Səs : M. A. Merrik Dekorator : Ralf Herst Xüsusi effektlər : Artur S. Roads

Rollarda Spenser Treysi – Qoca Felipe Pazos – oğlan Harri Bellaver – Martin Don Daymond – kafe sahibi Don Blekmen – zənci Meri Heminquey – turist qız

İstinadlar

Xarici keçidlər

Kateqoriya:ABŞ filmləri Kateqoriya:Bədii filmlər Kateqoriya:Dram filmləri Kateqoriya:Rəngli filmlər Kateqoriya:Con Störcesin filmləri Kateqoriya:1958-ci ilin ABŞ filmləri Kateqoriya:ABŞ-nin həyatda qalma filmləri Kateqoriya:ABŞ-nin macəra dram filmləri Kateqoriya:1958-ci ilin filmləri Kateqoriya:Warner Bros. filmləri Kateqoriya:Ən yaxşı musiqiyə görə Oskar mükafatı qazanmış filmlər Kateqoriya:İngilis dilində macəra dram filmləri Kateqoriya:ABŞ romanlarına əsaslanan filmlər Kateqoriya:Qocalıq ilə əlaqədar filmlər