Tanilə Aysayevna Əhmərova () — Azərbaycan aktrisası, Azərbaycanın əməkdar artisti (2007).Nizamiqızı, H. Nisgilli xatirələr ümidində: Əməkdar artist, kinoaktrisa Tanilya Əhmərova 65 yaşında dünyasını dəyişdi //Mədəniyyət.- 2015.- 7 avqust.- S. 5.

Həyatı Tanilə Əhmərova 1950-ci ildə iyunun 1-də Bakıda anadan olub. Uşaq yaşlarından təhsil aldığı məktəbdəki dərnəkdə çıxış etməyə başlayıb.M.Əliyev adına Dövlət Teatr İnstitutunun (indiki ADMİU) tələbələri sırasına qoşularaq dövrün ustad sənətkarlarından böyük kino və teatr sənətinin sirlərini öyrəndi. 1977-ci ildə ali məktəbi bitirən aktrisa kinoda ilk işinə “Qəribə adam” filmi ilə başladı.Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının aktrisası olmuşdur.Tanilə Əhmərova bir sıra filmlərdə lirik və zərif obrazlar yaratmışdır.

O, "Şir evdən getdi", "Tələ", "Təhminə", "Arşınmalçı”, “Evlənmək istəyirəm”, “Əlavə iz”, “İlıq dənizdə buz parçası”, “İşarəni dənizdən gözləyin”, “Qəribə adam” kimi 20-yə yaxın filmdə rolunun miqyasına baxmayaraq tamaşaçı yaddaşında qala bildi. Obrazının xarakterini, daxili dünyasını, hiss və həyəcanlarını təbii boyalarla ifadə edən aktrisa incə, məlahətli qadın portretini çəkməyi bacardı. Tanilə Əhmədova "Qaynana" filmində canlandırdığı "Sevda" obrazı ilə xalqın sevimlisinə çevrilmişdir.

Tanilə Əhmərova uzun sürən xəstəlikdən sonra 4 avqust 2015-ci ildə Bakıda vəfat etmişdir.

Mükafatları Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı — 24.02.1979Respublika ədəbiyyat və incəsənət xadimlərinin Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif edilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 24 fevral 1979-cu il tarixli Fərmanı — anl.az saytı Azərbaycan kinematoqrafiyasının inkişafındakı xidmətlərinə görə 2007-ci ildə "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı ilə təltif olunub.

Filmoqrafiya Arşınmalçı (film, 1985)-Alverçi Evlənmək istəyirəm (film, 1983)-Epizodik rol Əlavə iz (film, 1981)-Bağırova İlıq dənizdə buz parçası (film, 1983)-Gəlin İşarəni dənizdən gözləyin (film, 1986)-Qadın Qayınana (film, 1978)-Sevda Qəribə adam (film, 1979)-Aytən Sevinc buxtası (film, 1977)-Leyla Səndən xəbərsiz (film, 1985)-Sərvinaz Şir evdən getdi (film, 1977)-Şəfiqə müəllimə Təhminə (film, 1993)-Ad günündəki qonaq Tələ (film, 1990)-Rübabə Babayeva Üzeyir ömrü (film, 1981)-Üzeyirin anası Üzü küləyə (film, 1977)-Nərgiz Utanmaz - Mozalan kinostudiyasının istehsalatı (qısametrajlı film), 2005 - Müəllimə

İstinadlar

Xarici keçidlər Səda - Əməkdar artist Tanilə Əhmərovanın doğum günüdür (01.06.2016)

Kateqoriya:Azərbaycan aktrisaları Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:SSRİ aktrisaları