Grand Theft Auto: San Andreas — Rockstar North tərəfindən hazırlanmış və Rockstar Games tərəfindən paylanmış 2004-cü ilin döyüş-macəra videooyunu. Bu "Grand Theft Auto" oyun seriyasının bir hissəsidir. Oyunun baş qəhrəmanı Carl "CJ" Johnson-dur. O, anasının ölüm xəbərini eşidəndə San Andreas ştatındakı məmləkətinə qayıdır. CJ, öyrənir ki, keçmiş dəstəsi əvvəllər nəzarət etdikləri ərazilərin əhəmiyyətli bir hissəsini itirib. Oyun boyu o, dəstəsini yenidən qurmaq üçün çalışır, rüşvətxor polislər və təhlükəli cinayətkarlarla dolu qarşıdurmalara girir və yavaş-yavaş anasının ölümü ilə bağlı sirri açır.

Oyunda personaj üçüncü şəxs baxış bucağından idarə olunur. Oyun dünyasında hərəkət etmək üçün piyada gəzmək və nəqliyyat vasitələrindən istifadə etmək mümküdür. Oyunçu Los Santos (Los-Anceles), San Fierro (San-Fransisko) və Las Venturas (Las-Veqas) kimi şəhərləri əhatə edən San Andreas ştatının açıq dünyasını kəşf edə bilər. Oyunun hekayəsi Los-Ancelesdə baş vermiş real hadisələr əsasında hazırlanıb. Buraya dəstələr arasındakı münaqişələr, 1990-cı illərin heroin epidemiyası, 1992-ci ildə Los-Anceles iğtişaşları və Rampart qalmaqalı kimi hadisələr daxildir. Oyun 2004-cü ildə PlayStation 2 üçün, 2005-ci ildə isə Windows və Xbox üçün satışa çıxarılmışdır.

Gameplay Oyunun əsas xarakteri və baş qəhrəmanı ""Carl Johnson""-dur (qısaca olaraq - "CJ", Azərbaycanca - "Karl Conson"). Oyun Carl Johnsonun 1987-ci ildə Liberty City-dən Los Santos-a qayıtması ilə başlamışdır. Hadisələr 1992-ci ildə cərəyan edir. Grove Street-dəki ailələrinin dağıldığını öyrənən CJ, əsaslı dönüşə qərar verir. CJ-in dönməsiylə birlikdə San Andreas əyalətində böyük dəyişikliklər başlayır. Oyunun ən böyük fərqlərindən biri obrazı inkişaf etdirmə funksiyasıdır. Müəyyən qabiliyyətləri inkişaf etdirmək, xarici görünüşünü dəyişdirmək və s. bir çox funksiyalar mövcuddur. İdman edərək əzələ yığa, saç düzümünü dəyişə, döymə vura bilərsiniz. Los Santos-da, az pul və aşağı xüsusiyyətlərlə başladığımız oyunda, zaman irəlilədikcə yeni dükanlar açaraq yeni paltarlar, yeni şəhərlər açaraq yeni yan vəzifələr əldə edə bilərik. Məsələn San Fierro şəhərini açdığımız zaman "Valet" vəzifələrini də açırıq. Bu zaman oyundakı avtomobil növü artırılmış olur. Las Venturas əsl qumarxana mərkəzidir. Burda az qala hər kəs zəngindir. Bu oyun 1992-ci il Los-Anceles hadisələrindən əsas almışdır.

Şəhərlər Oyunda üç əsas şəhər Los Santos, San Fierro və Las Venturas mövcuddur. Ərazisinin böyüklüyünə görə şəhərlər arasından ən böyük olanı Los Santos, ikinci Las Venturas, ən kiçik olanı isə San Fierro. Hər bir şəhərin özünəməxsus xüsusiyyəti vardır. Bütün bu hadisələr uydurma San Andreas ştatında cərəyan edir. Bu oyun GTA seriyalarında ərazisinin böyüklüyünə görə 2-ci yeri tutur. Burada dağlar, düzənliklər, çaylar, səhralar və dəniz mövcuddur. Həmçinin oyunda 3-ü böyük və 1-i kiçik olmaqla 4 aeroport var.

Los Santos Oyunda Los Santos əsas götürülmüşdür! Bu şəhərin adı Los-Anceles şəhərinin adından götürülmüşdür. Oyun Los Santos şəhərində başlayır. Los Santos şəhərinin müxtəlif bölgələri var. Bu şəhərdə cinayət nisbəti olduqca yüksəkdir. Burada əsas yer Grove Street adlı küçə götürülmüşdür. Bu şəhərdə çoxlu mağazalar, paltar dükanları, idman zalı, silah mağazaları, avto servis və s. mövcuddur. Üç şəhərin arasında müxtəlif bölgələri, hündür binaları, mənzərəli yerləri ilə seçilən ən yaxşı şəhərdir.

San Fierro Bu şəhərin adı San Francisco şəhərindən götürülmüşdür. Oyunda The Truth adlı obraz əsas obraza şəhəri "Hippie şəhəri" olaraq təsvir etmişdir. Ayrıca əsas obrazın ən yaxın dostlarından olan Triad mafiyası da bu şəhərdədir. Bu şəhərdə də Los Santosda olduğu kimi bir çox bölgələr və mağazalar vardır.

Las Venturas Nəhayət, San Andreasda üçüncü şəhər olan Las Venturas. Bu şəhərdə digər şəhərlərdən fəqli olaraq bir çox maraqlı yerlər vardır. Hansı ki, bu yerlər o biri şəhərlərdə yoxdur. Məsələn, Restricted Area (Qanunsuz Region) adlanan yer var. Burada hərbi baza yerləşir. Bu əraziyə daxil olmaq qadağandır. Həmçinin bu ərazinin üstü ilə uçmaq da olmaz. Digər şəhərlərdə olmayan daha bir şey də var ki, o da səhranın olmasıdır. Bu şəhərin bir hissəsi səhralıqdan ibarətdir.

Səslər və Musiqilər Oyunda 1992-ci ildə məşhur olan bütün növ radiolar mövcuddur. Oyunda mahnısı səslənən məşhur adlar arasında Rage Against the Machine, Dr.Dre, Snoop Dogg, Tupac Shakur, Ice T, Guns N 'Roses, David Bowie, KISS , Lynyrd Skynyrd və NWA vardır. Oyundakı radiolar belə adlandırılır: WCTR (Söhbət kanalı) Master Sounds 98.3 (Rare Groove) K-Jah West (Reggae) CSR (Soul) K-DST (Klassik Rok) Radio X (Alternativ Metal, Ağır Rok) Radio Los Santos (West Coast HipHop) Playback FM (Klassik HipHop) K-Rose (Country) Bounce FM (Funk) SF-UR (House)

Bu radiolar əvvəlki seriyalardan fərqli olaraq həqiqətən xəbər verə bilirlər. Məsələn, bir radioda yağış yağacağını xəbər verdikdən sonra həqiqətən də yağış yağdığına şahid oluruq. Oyunda çox məşhur aktyorların səsləndirmələri mövcuddur. Məsələn, Axl Rose, Samuel L. Jackson, Chris Penn, James Woods və Peter Fonda və s.

İstinadlar

Xarici keçidlər San Andreas Rəsmi Saytı

Kateqoriya:Windows videooyunları Kateqoriya:PlayStation 2 videooyunları Kateqoriya:Videooyun prikvelləri Kateqoriya:ABŞ videooyunları Kateqoriya:Grand Theft Auto Kateqoriya:İOS videooyunları Kateqoriya:Android videooyunları Kateqoriya:İOS videooyunları Kateqoriya:2004-cü ilin videooyunları Kateqoriya:2005-ci ilin videooyunları Kateqoriya:İOS videooyunları Kateqoriya:Üçüncü şəxs atıcılar Kateqoriya:Döyüş-macəra videooyunları Kateqoriya:Döyüş-macəra videooyunları Kateqoriya:Hadisələrin ABŞ-də cərəyan etdiyi videooyunlar Kateqoriya:Android videooyunları Kateqoriya:Xbox 360 videooyunları Kateqoriya:Xbox videooyunları Kateqoriya:MacOS videooyunları Kateqoriya:MacOS videooyunları Kateqoriya:Birnəfərli və çoxnəfərli oyunlar Kateqoriya:Windows Phone videooyunları Kateqoriya:Take-Two Interactive oyunları