Ədalət Dəlidağlı (Ədalət Hacıbaba oğlu Qaraşov; ) — Azərbaycan aşığı.Dəlidağlı, Ə. "Hələ də özümü Ədalət Nəsibovun şəyirdi sayıram": [Əməkdar mədəniyyət işçisi, aşıq Ədalət Dəlidağlı ilə müsahibə] /müsahibəni apardı Təbriz Vəfalı //Həftə içi.- 2013.- 6–8 aprel.- S.14. Azərbaycanın Əməkar mədəniyyət işçisi (2007).

Həyatı Ədalət Dəlidağlı 1967-ci il fevralın 1-də Kəlbəcər rayonunun Yellicə kəndində anadan olubİlqar İLKİN. "Kəlbəcər xiffətli, Kəlbəcərdən hicrətli Saz!" . 1985-ci ildə orta məktəbi bitirdikdən sonra Kəlbəcərdəki yeddiillik musiqi məktəbində təhsil alıb. Hələ uşaq yaşlarından saz çalmağa başlayan Ədalətin ilk ustadı o zamanlar Aşıq Şəmşir adına Kəlbəcər rayon Mədəniyyət evinin nəzdində fəaliyyət göstərən aşıqlar ansamblının rəhbəri Əliş Quliyev olubƏdalət Dəlidağlı . Saza olan sevgisi, yanğısı onu saz sənətinin sirlərinə daha dərindən yiyələnməsinə vadar edib. Məhz bu sirlərə yiyələnmək üçün sonralar "Bala Ədalət" Qəmkeş Allahverdidən, 1993–1998-ci illərdə isə Azərbaycanın əməkdar incəsənət xadimi, ustad aşıq, "Şöhrət" ordenli, prezident təqaüdçüsü Ədalət Nəsibovdan mükkəməl dərs almışdırTəbriz Vəfalı. "Hələ də özümü Ədalət Nəsibovun şəyirdi sayıram". "Həftə içi" qəzeti.- 2013.- 6–8 aprel.- S.14. .

Ədalət Dəlidağlı gənc yaşlarından uğur qazanmağa, sevilməyə başlamışdır. Ona ilk uğuru gətirən 1989-cu ildə Gəncədə keçirilən "Gənc ozan" müsabiqəsində iştirakı olur. Daha sonra ustadı aşıq Ədalət Nəsibovla birlikdə İraqda keçirilən "Ozan-folklor" müsabiqəsində iştirak edərək, bu müsabiqənin qalibi olur. Bu Ədalət Dəlidağlının Azərbaycandan kənarda qazandığı ilk uğuru olmuşdur.

2006-cı ildə "Azərsun"un keçirdiyi "Ozan" müsabiqəsində birinci yerə layiq görülmüşdür. Onun sənətdə qazandığı bu uğurlar rəsmi dövlət qurumları tərəfindən də diqqətə alınaraq, 2007-ci ildə Azərbaycanın Əməkar mədəniyyət işçisi adına layiq görülür.

Ədalət Dəlidağlının bütün saz-söz məclislərində öz yeri var, özünəməxsus şirinliklə ifa etdiyi saz havalarıyla saz-söz pərəstişkarlarının ruhunu oxşamaqda, ovsunlamaqdadır. Onun səsləndirdiyi saz havalarında Murov dağlarının əzəməti, nigarançılığı, nisgili və bir də bizlərə ünvanlanan qınağı gizlənib sanki. Qol-boyun olduğu sazında Kəlbəcərin ruhunu, itirilmiş torpaqlarımızın xiffətini və bir də canımızı ruhumuzdan ayıran "Ruhani"sində həm də o torpaqlara dönmək ümidini yaşadır bizə Ədalət Dəlidağlı. Tanrı Kəlbəcər yaylalarını "Ruhani"siz qoymasın. Allah "Bala Ədalət"ə Dədə Şəmşirin ruhunu şad etməyi nəsib etsin, Ulu sazımızın Kəlbəcərdən hicrətinə son qoysun!

İstinadlar

Kateqoriya:Azərbaycanlı aşıqlar Kateqoriya:Azərbaycan aşıqları Kateqoriya:"Aşıq Ələsgər – 200" yubiley medalı ilə təltif edilənlər