Nodar Şaşıqoğlu () — Azərbaycan dramatik teatr və kino aktyoru, 2003-cü ildən Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru, Azərbaycan SSR xalq artisti.С. Кастрюлин. Память сердца . Газета "Эхо". 22 июня 2010. С. 8Наверняка зритель запомнил не только главного героя, которого сыграл народный артист Азербайджана и России Нодар Шашик оглы.

Həyatı Nodar Şaşıqoğlu 13 mart 1927-ci ildə Batumidə dünyaya gəlib. Babası Acarıstanda tanınmış zadəganlardan olub. Atası isə çar zabiti. Əmisi, aktyor Ülvi Rəcəb 1937-ci ildə repressiyaya məruz qalıb. Onun həyat yoldaşı Mərziyyə Davudova da Azərbaycan teatrında çalışıb.

Əsli acarıstanlı olsa da, Tiflisdə yaşayıb. Orada orta məktəbi, daha sonra Şukin adına Teatr İnstitutunu bitirib. Oranı bitirdikdən sonra cəmi bir il Vaxtanqov adına teatrda işləyib. 5–6 il Taqanka Teatrında çalışıb.

İlk rolu "Mosfilm"də Albaniya dövlətçiliyinin əsasını qoyan Georgi İsgəndərbəyov haqqında çəkilən filmdə olub. Orada türk imperiyasının əsasını qoyan Mehmet bəy Fatehi canlandırıb. Sonra Sergey Paracanovun ilk rejissor işi olan "Andrieş" filmində baş rolu oynayıb. Bu filmdən sonra "Odessa" kinostudiyasında çalışıb.

Rejissor Rəşid Atamalıbəyov (O, "Uzaq sahillərdə" filminin ikinci rejissoru olub) "Uzaq sahillərdə" filminin çəkilişlərinə gəlib. Aktyoru bəyənərək filmdə çəkmişdir.

Nodar Şaşıqoğlu teatr səhnələrində Don Quan (A. S. Puşkin "Kiçik tragediyalar"), Sirano (E. Rostan "Sirano de Bercerak"), Kreont (Q. Qauptman "Antiqo-solntsa"), kinoda Zakir "Telefonçu qız", Rakov "Beş künc", Məcnun "Leyli və Məcnun", Mixaylo "Uzaq sahillərdə", kimi obrazları yaradıb.

2003-cü ildən S. Vurğun adına Rus Dram teatrına qayıdıb və səhnədə Sorin (A. P. Çexov "Qağayı"), Kral Lir (U. Şekspir "Kral Lir") obrazları parlaq ifa edib.

12 aprel 2013-cü ildə Bakıda vəfat etmişdir.

Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 21 iyul 1962 "Azərbaycan SSR xalq artisti" fəxri adı — 1 dekabr 1982Respublika teatr sənətinin işçilərinə Azərbaycan SSR fəxri adları verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1 dekabr 1982-ci il tarixli Fərmanı — anl.az saytı "Şöhrət" ordeni — 12 mart 2007

Filmoqrafiya Onun böyük ürəyi (film, 1958) Uzaq sahillərdə (film, 1958) Əsl dost (film, 1959) Matteo Falkone (film, 1960) Səhər (film, 1960) Bizim küçə (film, 1961) Leyli və Məcnun (film, 1961) Telefonçu qız (film, 1962) De ki, məni sevirsən! (film, 1977) Sevinc buxtası (film, 1977) Nodar Şaşıqoğlu. Ürəklərdə qalan iz… (film, 2013)

İstinadlar

Mənbə ""Uzaq sahillərdə" ekranda" [Filmin quruluşçu rejissoru Tofiq Tağızadə yoldaşla müxbirimizin müsahibəsi] //Kommunist.- 1958.- 13 avqust. Ağamirov, A. "Uzaq sahillərdə" //Kommunist.- 1958.- 19 avqust. Hüseynova, M; Sultanov, Ə; Məmmədov, Y; Əliyev, S; Kazımov, R; Yusifov, Ə. "Uzaq sahillərdə" //Kommunist.- 1958.- 22 avqust.

Xarici keçidlər Nodar Şaşıqoğlunun doğum günüdür Kateqoriya:Azərbaycan gürcüləri Kateqoriya:SSRİ aktyorları Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:XXI əsr Azərbaycan aktyorları Kateqoriya:XX əsr Azərbaycan aktyorları Kateqoriya:Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı şəxsləri Kateqoriya:"Teatr Xadimi" qızıl medalı ilə təltif edilənlər Kateqoriya:"Qızıl Dərviş" mükafatı laureatları