Ölü şairlər cəmiyyəti () — rejissor Piter Uirin 1989-cu ildə çəkdiyi bədii film.
Ən yaxşı orijinal ssenariyə görə "Oskar", həmçinin film "Ən yaxşı film" və "Ən yaxşı kişi roluna görə" (Robin Vilyams) nominasiyalarında da irəli sürülmüşdür. İlin ən yaxşı filmi və ən yaxşı musiqiyə görə iki "BAFTA" mükafatı.
Filmdə öz şagirdlərini həyatlarını dəyişdirməyə çağıran və onlarda poeziya və ədəbiyyata maraq oyadan ingilis dili və ədəbiyyat müəllimindən danışılır. Filmdəki hadisələr Vermont ştatındakı Velton şəhərinin uydurulmuş akademiyasında cərəyan edirlər.
Məzmunu Yeddi gənc: Nil Perri (Robert Şon Leonard), Todd Enderson (İtan Houk), Noks Overstrit (Coş Çarlz), Çarli "Yeni möcüzə" Dalton (Geyl Hansen), Riçard Kameron (Dilan Kassman), Stiven Miks (Allelon Ruciero), Cerard Pitts (Ceyms Uoterston) ABŞ-nin məşhur "Wellton" akademiyasının şagirdləridirlər. Akademiyanın əsasında dörd prinsip dayanır: "Ənənə", "Şərəf", "İntizam" və "Kamillik" ("Tradition", "Honour", "Discipline" və "Excellence"). Lakin şagirdlər özləri "Hellton" (tərcümədə — "cəhənnəm") adlandırdıqları məktəbin əsaslarına başqa məna verirlər — "Parodiya", "Dəhşət", "Tənəzzül" və "Zibil" ("Travesty", "Horror", "Decadence" və "Excrement").
İstinadlar
Kateqoriya:1989-cu ilin filmləri Kateqoriya:Bədii filmlər Kateqoriya:Tammetrajlı bədii filmlər Kateqoriya:Dram filmləri Kateqoriya:Yazıçılar haqqında filmlər Kateqoriya:ABŞ-nin gənclik dram filmləri Kateqoriya:ABŞ-nin orta məktəb filmləri Kateqoriya:Müəllimlər haqqında filmlər Kateqoriya:Touchstone Pictures filmləri Kateqoriya:İngiliscə filmlər Kateqoriya:ABŞ-nin dram filmləri Kateqoriya:1959-cu il haqqında filmlər Kateqoriya:Warner Bros. filmləri Kateqoriya:Dramlar Kateqoriya:Sezar mükafatını qazanan filmlər Kateqoriya:İntihar haqqında filmlər