Qriqori Vasilyeviç Aleksandrov () — kinorejissor, ssenarist, bədii rəhbər, SSRİ xalq artisti (1948). Sosialist Əməyi Qəhrəmanı (1973). "Stalin" mükafatı laureatı (1941, 1950).

Həyatı 1921-ci ildən teatr aktyoru kimi fəaliyyətə başlamışdır. 1924-cü ildən kinoda çalışmışdır.

"Potyomkin" Zirehli Gəmisi (1925), "Oktyabr" (1927), "Köhnə və Yeni" (1929) filmlərində aktyor, rejissor assistenti, axırıncı iki filmdə, həmçinin ssenari müəlliflərindən biri olmuşdur. Q. Aleksandrov "Şən Uşaqlar" (1934), "Sirk" (1936), "Volqa-Volqa" (1938), "İşıqlı Yol" (1940), "Bahar" (1947) kinokomediyalarının, "Bir ailə" (1943; Rza Təhmasib və Mikayıl Mikayılovla birlikdə)Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 12., "Elbada Görüş" (1949), "Bəstəkar Qlinka" (1952), "Rus Hədiyyəsi" (1960) və s. filmlərin rejissorudur.

1942–1943-cü illərdə "Bakı kinostudiyası"nda çalışmışdır.

3 dəfə Lenin ordeni və başqa ordenlərlə təltif edilmişdir.

"Epoxa i Kino" adlı əssərin müəllifidir (1976).

Filmoqrafiya Bir ailə (film, 1943) — rejissor Sualtı qayıq "T-9" (film, 1943) — bədii rəhbər Xəzər dənizçiləri (film, 1944) — rejissor

İstinadlar

Kateqoriya:SSRİ kinorejissorları Kateqoriya:SSRİ ssenaristləri Kateqoriya:SSRİ Kinematoqrafçılar İttifaqının üzvləri Kateqoriya:Rusiya kinorejissorları Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:SSRİ aktyorları Kateqoriya:XX əsr aktyorları Kateqoriya:XX əsrin ssenaristləri Kateqoriya:Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun müəllimləri Kateqoriya:SSRİ kinorejissorları Kateqoriya:Gündəlik müəllifləri