Cırtdan — bəstəkar Nazim Əliverdibəyovun 1973-cü ildə yazdığı opera. Əsər 1978-ci ilin 25 iyunda Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində göstərilmişdir. Rejissoru Əflatun Nemətzadə olmuşdur. 1980-ci illərdə operanın böyük uğur qazanmağına baxmayaraq, sonralar 20 ildən artıq səhnəyə qoyulmayıb və 2009-cu ilin iyun ayında "Uşaq ili" münasibətilə yenidən bərpa olunub: tamaşanın bədii rəhbəri və dirijoru Kazım Əliverdibəyov, quruluşcu rejissoru Hafiz Quliyev, xormeysteri Sevil Hacıyeva, baletmeysteri Yuliana Əlikişizadə olmuşdur.
Qaynaq
Audio "Cırtdan" operası — I hissə "Cırtdan" operası — II hissə
Video
Həmçinin bax Cırtdan Cırtdan-"pəhləvan" (film, 1981) Cırtdanın yeni sərgüzəşti (film, 1973) Cırtdan və div (film, 1983) Cırtdan (film, 1969)
Kateqoriya:Nazim Əliverdibəyovun operaları Kateqoriya:Azərbaycan dilində operalar Kateqoriya:Azərbaycanda opera Kateqoriya:Azərbaycan uşaq operaları Kateqoriya:1973-cü ildə Azərbaycanda yarananlar