Emin Nadiroviç Qəribov (; ) — Azərbaycan əsilli Rusiya gimnastı. İdman Gimnastikası üzrə Rusiya komandasının kapitanı. Rusiyanın əməkdar idman ustası.

Həyatı 1990-cı il avqustun 9-da Rusiyanın paytaxtı Moskva şəhərində anadan olmuşdur. İlk dəfə beynəlxalq yarışlarda 2009-cu ildə Dohada keçirilən dünya çempionatında çıxış edib və yekunda 8-ci yeri tutub. Londonda keçirilən 2012 Yay Olimpiya Oyunlarında Rusiya yığmasının tərkibində və həm də individual olaraq çıxış edən Emin Qəribov ən böyük uğurunu Avropa çempionatında qazanıb. 2012-ci ildə Fransanın Monpelye şəhərində keçirilən Avropa çempionatında bir qızıl və bir gümüş medal qazanan Emin, 2013-cü il Moskva şəhərində keçirilən Avropa çempionatında da bir qızıl medal qazanıb.

İstinadlar

Xarici keçidlər Sports.ru saytında profili Sports-reference.com saytında profili

Kateqoriya:Rusiya azərbaycanlıları Kateqoriya:1990-cı ildə doğulanlar Kateqoriya:Rusiya Federasiyası Prezidentinin fəxri fərmanı ilə təltif edilənlər Kateqoriya:Rusiyanın əməkdar idman ustaları Kateqoriya:Rusiya gimnastları Kateqoriya:2012 Yay Olimpiya Oyunlarında gimnastlar Kateqoriya:Rusiyanın olimpiya gimnastları