Mirzə Ağa Əyyub oğlu Bağırov () — əməkdar elm xadimi, texnika elmləri doktoru, professor.
Həyatı Mirzə Bağırov 1927-ci il iyun ayının 16-da Lənkəran şəhərində anadan olmuşdur. 1949-cu ildə M. Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) Energetika fakültəsini bitirmişdir.
1953-cü ildə SSRİ Elmlər Akademiyasının Energetika İnstitutunda dissertasiya müdafiə edərək, texnika elmlər namizədi alimlik dərəcəsi almışdır.
Gənc alim tədqiqatlarını davam etdirərək, 1966-cı ildə İ. M. Qubkin adına Moskva Neft-Kimya və Qaz Sənayesi İnstitutunda texnika elmləri doktoru alimlik dərəcəsi almış və həmin il professor elmi adına layiq görülmüşdür.
1976-cı ildə M. Ə. Bağırov Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) rektoru vəzifəsinə təyin edilir və ardıcıl olaraq 12 il Azərbaycanın mühəndis kadrları hazırlayan əsas ali təhsil ocaqlarından birinə rəhbərlik edir.
200-dən çox elmi əsərin, 3 monoqrafiyanın müəllifi olan alimin əsərlərinin çoxu xarici ölkələrdə, nüfuzlu elmi nəşrlərdə çap olunmuşdur.
M. Ə. Bağırov ABŞ, Almaniya, Polşa, Macarıstan və digər ölkələrdə keçirilən beynəlxalq elmi konfrans və simpoziumlarında Azərbaycan elmini ləyaqətlə təmsil etmişdir. Onun rəhbərliyi altında 30-dək namizədlik və doktorluq dissertasiyaları müdafiə edilmişdir.
1981-ci ildə M. Ə. Bağırova "Əməkdar elm xadimi" fəxri adı verilmişdir. O, "Şərəf nişanı" ordeni, medallarla təltif edilmiş, bir neçə çağırış Bakı şəhər Sovetinin deputatı olmuş, komissiya sədri seçilmişdir.
Heydər Əliyevin sərəncamı ilə M. Ə. Bağırov 1997-ci ildə Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsinə təyin edilmiş, 2005-ci ilə qədər bu vəzifədə çalışmışdır.
ABŞ-nin Bioqrafik İnstitutu prof. M. Bağırovu 2009-cu ildə dünyada elm üzrə "İlin adamı" elan etmişdir. Bu, həm də onun Azərbaycan elminə qazandırdığı böyük nüfuzun təsdiqi idi.
M. Ə. Bağırov 2011-ci il aprel ayının 8-də Bakı şəhərində vəfat etmişdir.
Əsas elmi nailiyyətləri Qaz və bərkdielektiriklərin deşilmə mexanizminin araşdırılması, yüksək gərginlikli elektrik boşalmalarının polimer izolyasiya materiallarının elektrofiziki xassələrinin intensifikasiyası üçün istifadə edilməsi, elektrik sahəsinin və radiasiya şüalanmalarının təsiri altında kompozit materialların (polimer və süsə plastiklər) elektrik köhnəlməsinin mexanizmlərinin tədqiqi.
Əsas elmi əsərləri Электротермические способы увеличения нефтеотдачи пластов. Монография, 1962 Structural variations of polystyrene under the effect of electric discharges. European Polymer Journal, 1971 Воздействие электрических разрядов на полимерные диэлектрики. Монография, 1975 Электрическое старение полимерных диэлектриков. Монография, 1987 Электрический и тепловой расчет силовых кабелей, 1988 Улучшение электрофизических свойств стеклопластиковых материалов. Мат. респ. конф. Научно-технические проблемы электроэнергетики, 1997
Pedaqoji fəaliyyəti Azərbaycan Politexnik İnstitutu (1973–1976) Lənkəran Dövlət Universiteti (1995 ildə)
Rektorluq fəaliyyəti Azərbaycan Politexnik İnstitutu (1976–1988) Lənkəran Dövlət Universiteti (1997–2005)
İstinadlar
Xarici keçidlər Azərbaycan Milli Elmlər Akademiyası AMEA Radiasiya Problemləri İnstitutunun laboratoriya müdiri vəfat edib Kateqoriya:Azərbaycan talışları Kateqoriya:Professorlar Kateqoriya:Texnika elmləri doktorları Kateqoriya:Azərbaycan Texniki Universitetinin rektorları Kateqoriya:Lənkəran Dövlət Universitetinin rektorları